Lyrks
Lyrks
Cover Art

Qoca Lyrics by Buzz (AZE)

2024

[Nəqərat]
Beynim, köhnə tozlu boğça
Sözlər, fikirlər heca
Qürurum qarlı dağdan da uca
Qalxıb zirvəyə uçar
Ölüm açılsa qucaq-qucaq
Demək, olmuşam qaçaq
Ruhum dünyadan da qoçaq
Mənim ruhum dünyadan da qoca

Beynim, köhnə tozlu boğça
Sözlər, fikirlər heca
Qürurum qarlı dağdan da uca
Qalxıb zirvəyə uçar
Ölüm açılsa qucaq-qucaq
Demək, olmuşam qaçaq
Ruhum dünyadan da qoçaq
Mənim ruhum dünyadan da qoca

[Bənd 1]
Görmədiklərini mən məhz görmüşəm
Həm acı görmüşəm, həm həzz görmüşəm
Uzaq görmüşəm, mərkəz görmüşəm
Danışan meyvə-tərəvəz görmüşəm
(Bir, iki, üç)

Çox adam insan ola bilərdi
Hər cürə imkan ola bilərdi
‘’Чушка’’lar şəhərdə basmasaydı
Kasıb da zadəgan ola bilərdi

Neçə ulduzu sönən istedad
Neçə yaxından da yaxın yad
Yazıb sildiyim neçə dənə ad
Pisliyimi istəyən neçə dənə ‘’гад’’

Görmüşəm mizraba söz toxunduqca
Gözlərin dolduğu dövrdənəm
İmza yox, ağızdan çıxan sözlərin
Zamin olduğu dövrdənəm
Kişinin kişini ‘’постель’’də yox
Döyüşdə yorduğu dövrdənəm
Hər şey düz olan dövrdənəm
Elə bil ki buz olan dövrdənəm

Məhbus iki yüz illiyə
Məxsus olmuşam dözümlüyə
Ələlxüsus, olmuşam düz deyən
Əfsus az olub istəyən
Məsumu dələduz səsləyər
Məzluma çevirmək istəyər
Məzmunu çevirib dərsliyə
Məzun olmadım bəs niyə?

[Nəqərat]
Beynim köhnə, tozlu boğça
Sözlər, fikirlər heca
Qürurum qarlı dağdan da uca
Qalxıb zirvəyə uçar
Ölüm açılsa qucaq-qucaq
Demək, olmuşam qaçaq
Ruhum dünyadan da qoçaq
Mənim ruhum dünyadan da qoca

Beynim köhnə, tozlu boğça
Sözlər, fikirlər heca
Qürurum qarlı dağdan da uca
Qalxıb zirvəyə uçar
Ölüm açılsa qucaq-qucaq
Demək, olmuşam qaçaq
Ruhum dünyadan da qoçaq
Mənim ruhum dünyadan da qoca

[Bənd 2]
Dəyişib xənanın rəngi
Dəyişib səmanın rəngi
Dəyişib zamanın ahəngi
Pişik qovur pələngi

Nə qədər dedilər: ‘’Dəyiş’’ (dəyiş)
Belə qaldım, dəyişmədim (yox)
Sağım-solum dəyişdi (çox)
Mənim yolum dəyişmədi

Dedilər: ‘’İmkan olacaq geniş’’
Eləsən bəndəyə sitayiş
Dedilər: ‘’Var hər işdə bir iş’’
Amma etmədim giriş

Çürük vicdan irinləşdi
Üzə vurdu üz çirkinləşdi
Sümük torpağa öyrəşdi
Mən insanlara öyrəşmədim
Credits

About “Qoca” by Buzz (AZE)

Read the complete lyrics to "Qoca" by Buzz (AZE) in 2024. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijani Rap, Rap.

"Qoca" is performed by Buzz (AZE). in 2024 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Qoca", explore more songs by Buzz (AZE) using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Buzz (AZE) · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Qoca" is credited to Buzz (AZE). Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Qoca" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Buzz (AZE) artist page at /artist/buzz-aze for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.