Lyrks
Lyrks
Lyrks
Cover Art

Göbələk Lyrics by Elşad Xose

Plagiat

0

[Bənd 1: ABD Malik]
Qulaq as kiçikdən tutmuş böyüyünə kimi
Sizinlə danışan ABD Malikdir
Çoxdandır, deyirəm, dediyimin ağasıyam
Dediyim fikrimdir, təsbeh kimi fırladıram, ustadıyam
Demirəm, ondan-bundan yaxşıyam
Əsəbiyəm, əsəbimin səbəbin deyirəm
Səbəb yağışdır, yağışın nəticəsidir
Nəticə səbəbdir, səbəb göbələkdir
Göbələk çoxdur, adı-sanı yoxdur
Kökünün batdığı yer, yəqin ki, poxdur
Çoxalıblar, iydən durmaq olmur
Yetişirlər, ağzına gələni danışırlar
Ətdir-mətdir, elə bilirlər, repdir
Soxun içinizə, diliniz gödəkdir
Göbələksiz, bu gün varsız, sabah yoxsuz
Meşədəsiz, yerinizi bilin
[Bənd 2: Miri Yusif]
Buradakı Miri Yusif ''microphone'' arxasında
Təzə gələn göbələklərin qarşısında
Huk sağdan, huk soldan vururam
Partladıram, qurd kimi tapdalayıram
Hər bir yanda, hər bir anda
Ayağım altında, çürümüş qulağımda
Ayaqqabımın içində, iylənmiş corabımda
Bakıda azəri rep səmasında
Göbələklər çıxıblar bu yağışın sonrasında
Dəyirman isə onların, hamıların bərpasında
Ələkdən keçirib sirkələyirik **
Yoxdur dərman onların ifasında
Silahım ''microphone''dur, düşmənim ermənidir
Nifrət edənlər isə, tfu, göbələkdir
Hörmət salmayan, böyük-kiçik qanmayan
Keyf-keyf edib öz yerini tapmayan
[Bənd 3: Elşad Xose]
Növbəti məqam, Xose verir təkan
Çoxdur bu gün rep aləmində təzə addım atan
Cürbəcür adlar, cürbəcür ləqəblər
Külək hara əsdisə, ora gedir ləpələr
Tər tök, söz yaz, mikrofona yaxın ol
Biz olaq nümunə, sənətdə sadə ol
Olmusuz zibil kimi, düşmüsüz küçələrə
Efirdir günahkar, yer verib cücələrə
Kor gözünüzü repə açan bizik
Gecələr dinlədiyiniz kəs bizik
Məsləhət, nümunə alırsız bizdən
Söz mətləbə çatanda çörəyiniz dizdə
Hər şey üzdədir, şahiddir millət
Olubdur, olacaq dəvədən böyük fillər
Sözdən bolam ensiklopedik lüğət kimi
Çətin də solam su görməyən gül kimi
Hərə bir zibil yazıb tullanır ortaya
Boş şey özünü vurur o taya, bu taya
Bu sənətdə cavansan, öz üzərində işlə
Ekranda şir olmusuz, milçəksiz işdə
Rep deyir bu saat ağıllı da, gic də
İşləyən dişləyər, istəyirsən, dişlə
[Bənd 4: Anar Abdulla]
Nə isə, şəhərimiz şəhərdir, yoxsa meşə?
Qalmışam mat-məəttəl, gündüzümüz gecədir
Mən qurdam, bəs meşə sakinləri kimlərdir, hə? -“Göbələkdir.”
Hə, göbələklər. Onda söhbəti belə də davam edək
Bu mövzu ilə mənim yaralı yerimə toxunduz
Siz qoyun indi ürəyimin başına əriməyən buz
Bağbansız qalmış bir bağ kimi göbələklər aşıb-daşır
Maraqlısı ondadır ki, göbələklər göt-başına yaxır
Dünəni olmayan işimizə qarışır, çaşır
Günah sizdə yox, bizdə
Bu günə kimi susmuşuq, sıramızı izləmişik
Bəlkə ipinizi boş buraxmışıq, yatmışıq?!
Özümüzü bu sənətin yiyəsi, davamçısı
Bеlədir ki, sözümüzü deyərkən mən arxayın dedim
Bu sənətin həm ustadı, həm də rəssamı idim
Amma indi həyatıma haram qatan çox
Mənəm-mənəm deyən göbələklər də çox
Artıq çoxalıb, sayı-hеsabı yox, yox
Unutma, göbələyin yeri kölgə, yeri ağac dibi, ayaqaltı
Deyəcəyim budur, bu sənət nə balıq, nə rəssam, nə də ki hörümçək deyil
Amma əgər girişdinsə, onda yerini bil
[Bənd 5: L-Mir]
Belə çaşma, göbələk!
Birləşdirilmiş mən öz gücümü
Deyəcəm sözümü, yüzünü, düzünü, hə
Çalış ki, görməyəsən mənim bəd üzümü (çalış, çalış)
Yedizdirəcəm sənə mən indi öz üyüdümü
Bəlkə bəsdir? Ətimi tökdüz (tökdüz)
Hansı dağın başından düşdüz? (düşdüz)
Göbələklər kimi düzülmüsüz mikrofon arxasına, hə
Bir söz deyə bilmirsiz, çatsın dadıma
Haradandır belə bunlarda cəsarət?
Bütün mahnıları alt-üst eləyiblər qarət
1,3,5 saymağa barmaqlarım çatmaz
Belə heç yerə getməz, belə yaramaz
Bu nə üstdür-başdır? Üst-baş
Göbələklərə bənzəyirsiz
Əvvəl-əvvəl fikir vermirdik biz
Sürətini artırıblar, elə bil qoydurublar motor
Sözümü deyirəm, söz də yedizdirirəm (həri-həri-həri)
Kimin söhbəti var, ünvanımı bilirsiz, gözləyirəm!
[Keçid]
''Dance'' elə
''Dance'' elə
''Dance'' elə
''Dance'' elə
[Bənd 6: Anar Nağılbaz]
Səpələ bəbələrə, bitməz elə-belə bu məsələ
Düzələ, ya bu misala bir məsələ həsr elə, məsələn
Nədir və necə və harada bitir bu göbələk?
Təpələr, dərələr, meşələr göbələk
Deyən elə deyib ki, tutub qrip ki
O da çətin fəxrlə yata bilə gecələr
Gücənər qurd, düzələr zırt
Burnu axır sevindiyindən fırt
Rep deyil mırt, rep deyil bölüm
Təkcə deyil ölüm, məncə, oxuma!
Şişirtmə çox, düşürsən qafiyələrə, ritmə yox
Ölç-biç demək deyil ki, çək, iç
Sonra çırtma, çürüdü qurutma
Sözü yeni icad elə, sürtüşmə
Dürtüşmə, dartışma, şad elə
Yad elə, birinə də deyilməsin göbələk
Axı birik biz, axı bizik bu birlik
Biz dilimizi tutub, titul kimi yox bu balaca ölkədə ulduz
Bilsin Madonnalar, örnək olsun sadəliyə
Razıyıq, hamı yığışsın, dərnək olsun
Eliş şad eləsin rep dəyirmanının nağılların
Bir olaq, bir qalaq, bir görək oğulları

About “Göbələk” by Elşad Xose

Read the complete lyrics to "Göbələk" by Elşad Xose from the album "Plagiat ". On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Göbələk" is performed by Elşad Xose. from the album "Plagiat " This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Göbələk", explore more songs by Elşad Xose using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Elşad Xose · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Göbələk" is credited to Elşad Xose. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Göbələk" appears on "Plagiat ".

Visit the Elşad Xose artist page at /artist/elsad-xose for biography, popular tracks, and links to more lyric pages.