Lyrks
Lyrks
Lyrks
Cover Art

Pəncərə Lyrics by Dəyirman

Gözümüz Sözdür

2003

[Bənd 1: L-Mir]
Xatirələr oyatdı pəncərə nəyə görə?
Hər şey başladı pəncərədən əvvəlcədən
Adi kəlmədən, daha nədən
Gəlməkdən, getməkdən
Məhəllə, məktəbdən
Bir yerdə, hə, gizlicə gəzməkdən
İlk sevgi, məhəbbət beləcə yarandı
Bu tale, qismət gecədən qaradır
O bilmədi, nədən başladı soyuqluq
Gün gəldi, görüşlər kəsildi bir yolluq
Qalsa da sevdiyi uşaqlıq illərində
Yaşadı sevgisi ürəyində, dərində
Bir gündə o qaldı yalqız
Fikrində yalnız o qız, o qız
[Nəqərat: Rasim Müzəffərli]
Ay məni məndən alıb gedən
Dərdlərim dərdə salıb gedən
Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə
Həsrəti ürəyimdə qalıb gedən
Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə
Həsrəti ürəyimdə qalıb gedən
Gecə çatdı səhərə
Laylay dedim şəhərə
Açılmadı bir kərə
Pəncərən, pəncərən, pəncərən
Pəncərən, pəncərən, pəncərən
[Bənd 2: Anar Abdulla]
Var bu məhəbbətin davamı
Pəncərənin o yanı, qız olan yanı
Yağışlar cizgilərdi dünyanı o qız
Yenə pəncərədə göründü
Kənardan adicə görüntü
Əslində xəstəlik, üzüntü
Həkimlər deyirdi şəfasız
Oğlan düşünürdü vəfasız
Pəncərədə görüşdü onun baxışları
Pəncərədə öpüşdü onun baxışları
Pəncərəyə düzdü naxışları
Gözündən süzülən yağışları
Çalışdı, yarından olsun uzaq
Səbəbi o qıza bəllidir ancaq
Bu sevgi naminə ayrılsaq, açma
Pəncərəni açmaq, uçmaq
[Nəqərat: Rasim Müzəffərli]
Bir daha gəldim o yerlərə
Tanış küçə, tanış pəncərə...
Bir ömür yaşayaydıq
Bir günlük qovuşaydıq
Bir anlıq qayıdaydıq o illərə...
Gecə çatdı səhərə
Laylay dedim şəhərə
Açılmadı bir kərə
Pəncərən, pəncərən, pəncərən
Pəncərən, pəncərən, pəncərən
[Bənd 3: ABD Malik]
Son nöqtəyə yaxınlaşmaq
Olmamaq qorxusunu aşmaq
Əziyyətlə rahatlaşmaq
Zülmdən zülmətə bir anlıq uçuş
Payızın xəzan nəfəsi
Yolu qısaltmaq həvəsi
Ömrün sonuncu qəfəsi
Möhlətdən qismətə bir anlıq uçuş
Nə acizlik, nə igidlik
Həm ölülük, həm dirilik
Bir bilirikmi, bilmirik
Cəhlətdən cənnətə bir anlıq uçuş
Cəhlətdən cənnətə
Bəlkədən əlbətə
Birinci son dəfə
Xəlvətdən xəlvətə
Eyvandan həyətə bir anlıq uçuş
Sürünməkdən qurtuluş
[Nəqərat: Rasim Müzəffərli]
Gecə çatdı səhərə
Laylay dedim şəhərə
Açılmadı bir kərə
Pəncərən, pəncərən, pəncərən
Pəncərən, pəncərən, pəncərən
Pəncərən, pəncərən, pəncərən
Pəncərən, pəncərən, pəncərən
Credits

About “Pəncərə” by Dəyirman

Read the complete lyrics to "Pəncərə" by Dəyirman from the album "Gözümüz Sözdür" in 2003. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap, Azerbaijani Rap, Azərbaycan Tərcümə.

"Pəncərə" is performed by Dəyirman. from the album "Gözümüz Sözdür" in 2003 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Pəncərə", explore more songs by Dəyirman using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Dəyirman · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Pəncərə" is credited to Dəyirman. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Pəncərə" appears on "Gözümüz Sözdür" in 2003.

Visit the Dəyirman artist page at /artist/dyirman for biography, popular tracks, and links to more lyric pages.