Lyrks
Lyrks
Lyrks
Cover Art

Dəli Şair Lyrics by Elnur Valeh

2024

[Bənd 1 : Dəniz Firudinli ]
Mən dəli misralara məna gətirən sözəm
Mən mənə dərdin danışan insan üçün əzizəm
Ümidləri dalğalarla sahilə göndərirəm
Mən sevənlərin mənə dərdin bölüşən dənizəm
Məhəbbətlə yaşayan varlıqlara şahidəm
Göz yaşı ilə yazılan ayrılıqlara şahidəm
Məndə ümidlər və arzular ölü doğulublar
Bəxtsiz adamların bəxt üzükləri boğulublar
[Bənd 1 : Elnur Valeh ]
Sən dəniz mən dənizlə dərd bölüşən dəli
Gecə sahildə dalğalarla sevişən dəli
Dəli şair dərdə düşüb dənizlə dərdləşir
Qaranlıqda nur axtarır dərdə düşən dəli
Səndən əsən küləklər ilə isinir ruhum
Səninlə qəmlənir, səninlə sevinir ruhum
Qarə buludlar görünür sahildən səndə
Düşür qaranlıqlara zülmət geyinir ruhum
[ Nəqərat : Elnur Valeh, Dəniz Firudinli ]
Qovuşsun sevənlər ürəylərdə, ürəylər qovuşsun sevənlərdə
Olmasın yalanlar xəyanətlər, yaşansın xoş anlar məhəbbətlər
Nağıllar əfsanələr bitməz, mahnılar meyxanələr bitməz
Görmədim bir eşqi zülümsüzdür, həqiqi sevgilər ölümsüzdür
[Bənd 2 : Dəniz Firudinli ]
Mən o qədər tək qalanlara şahid olmuşam
Ayrılıq hissin daşıyan qəlblərə dolmuşam
Mənim də sahil ilə aramda ayrılıqlar olub
Ayrılıq sözündən usanmışam yorulmuşam
Çox görüşür mənimlə sevinci bölən aşiqlər
Bəzən hirslənir mənə qəmdən gələn aşiqlər
Sahilim mənim dəli şairlərə meydandır
Məndə dərd dolub neçə eşqdən ölən aşiqlər
[Bənd 2 : Elnur Valeh ]
Gör nə qədər sevənlərin göz yaşı var səndə
Sevgilərin məzarı var baş daşı var səndə
Sənə dərinliklədən qələm nə yazsın ki
Arzularla bitən bir ömrün yaşı var səndə
Gəlir dalğalar sahil ilə qovuşur-qovuşur
Burada bir nəfər ağlayır tənhalıqla vuruşur
Deyir məhəbbət yoxdur üsyan edir dənizə
Qəlbi qırıq dəli şair sənə səndən danışır
[ Nəqərat : Elnur Valeh, Dəniz Firudinli ]
Qovuşsun sevənlər ürəylərdə, ürəylər qovuşsun sevənlərdə
Olmasın yalanlar xəyanətlər, yaşansın xoş anlar məhəbbətlər
Nağıllar əfsanələr bitməz, mahnılar meyxanələr bitməz
Görmədim bir eşqi zülümsüzdür, həqiqi sevgilər ölümsüzdür
Qovuşsun sevənlər ürəylərdə, ürəylər qovuşsun sevənlərdə
Olmasın yalanlar xəyanətlər, yaşansın xoş anlar məhəbbətlər
Nağıllar əfsanələr bitməz, mahnılar meyxanələr bitməz
Görmədim bir eşqi zülümsüzdür, həqiqi sevgilər ölümsüzdür

About “Dəli Şair” by Elnur Valeh

Read the complete lyrics to "Dəli Şair" by Elnur Valeh in 2024. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijani Pop, Pop.

"Dəli Şair" is performed by Elnur Valeh. in 2024 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Dəli Şair", explore more songs by Elnur Valeh using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Elnur Valeh · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Dəli Şair" is credited to Elnur Valeh. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Dəli Şair" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Elnur Valeh artist page at /artist/elnur-valeh for biography, popular tracks, and links to more lyric pages.