Lyrks
Lyrks
Sign In
Cover Art

Mən Lyrics by Eqo

2015

[Bənd 1]
Bu "track" məndən danışır, lazımdır səmimiyyət
Hər nota düşən qafiyə bir etiraf, həqiqət
90-cı il 9 May, günlərdən Qələbə
Doğulduğum tarix bəlkə də ilk məğlubiyyət
Şükür Allaha, ailəm salamatdır və yanımdadır
Keçmişin acı günləri, ağrısı canımdadır
Uşaqlıqda zəif biri olduğumu çox adam bilir
Neçə dəfə dərsə ac getməyim hələ də yadımdadır
Məcburiyyət, oğurluq - buna görə utanırdım
Axtarırdım, tapırdım, alüminium, mis satırdım
Pul yığırdım ən böyük arzularıma çatmaq üçün
Çünki o vaxt dərslik kitabları pulla alınırdı
Və beləcə böyüyürdüm, həvəsdən düşməmişdim
Çətinlik mübarizə əzmimi yıxa bilməmişdi
İndi yüksəklərdə olmasam belə, bu həqiqətdir
Çoxusu mən çıxan zirvələrə çıxa bilməmişdi

[Nəqarət]
İllər keçsə də, kimlər getsə də
Mən getmədim və hələ burdayam
Mən "rap"i yox, "rap" məni seçsə də
İllər keçsə də, kimlər getsə də
Mən getmədim və hələ burdayam
Mən "rap"i yox, "rap" məni seçsə də

[Bənd 2]
2004 Sentyabr - evdən uzaqlaşdım
Hərbi həyat seçib azadlığımla vidalaşdım
Kursantlıq illəri, karyera, uğurlu addımlar
Əslində bu həyat mənlik deyildi, anlamışdım
2007, Bakı - hədəflər böyüyürdü
Amma qəlbim musiqi, rap, "beat"lə döyünürdü
Ya "Leytenant Rəcəbli", ya "Eqo"nu seçməliyəm
2010, 20 May - mən artıq hərbiçi deyiləm
Nə də ki peşman deyiləm, həyatım davam eliyir
Düzdür, problemlərim ömrümü talan eliyir
Amma buna baxmayaraq, nə qədər yıxılsam da
Qələbəni yıxılan yox, sonda ayağa duran eliyir
Və bu gün yaş 25, "Cavandır" deyib keçmə!
Uğur dalınca qaçıram, uğursuzluq deyil vecimə
Əlinizdə olanların dəyərini yaxşı bilin!
İnanın, "rap"dən başqa əlimdə yoxdur heç nə!

[Nəqarət]
İllər keçsə də, kimlər getsə də
Mən getmədim və hələ burdayam
Mən "rap"i yox, "rap" məni seçsə də
İllər keçsə də, kimlər getsə də
Mən getmədim və hələ burdayam
Mən "rap"i yox, "rap" məni sеçsə də
İllər keçsə də, kimlər getsə də
Mən getmədim və hələ burdayam
Mən "rap"i yox, "rap" məni sеçsə də
İllər keçsə də, kimlər getsə də
Mən getmədim və hələ burdayam
Mən "rap"i yox, "rap" məni seçsə də
Credits

About “Mən” by Eqo

Read the complete lyrics to "Mən" by Eqo in 2015. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap, Azerbaijani Rap.

"Mən" is performed by Eqo. in 2015 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Mən", explore more songs by Eqo using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Eqo · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Mən" is credited to Eqo. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Mən" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Eqo artist page at /artist/eqo for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.