Lyrks
Lyrks
Lyrks
Cover Art

Məni Qaytar Lyrics by H.O.S.T. Alliance

Proloq

0

[Giriş: Felon De Jure]
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz, gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox
[Bənd 1: Felon De Jure]
Axtarmasın bu gün heç kəs məni
Qəlbimin qara küçələrində azmışam
Qazmışam ümidə qəbir
Bu gün mən özüm-özümdən qaçmışam
Açmışam dəftər, qələm
Sətirə bir ovuc hərf tökmüşəm
Hər kəs kimi mən də “Sabah hər şey düzələr”
Deyib, bu günümə dözmüşəm
Ölmüşəm...
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz, gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox
Qəzəbim yox, həyatımdan razıyam
Tanrı yazıçıdır, mən yazıyam
Həm şəhid oldum, həm qaziyəm
İşğal edilə bilməyən əraziyəm, mən
Səhv yol, düz yol, önümdə yüz yol
İz qoy, bir ruh, üzdə yüz rol
Yenə dağılıb ürək otağımın səliqəsi
Əzrayıl gəlsə, tələb elə vəsiqəsin
Qəribədir bu gün həyatım mənim
Hisslər içimi qanadır mənim
Arzular qəlbimdə pas atır mənim
İllər qəbrimə uzadır məni
[Nəqərat: Qaraqan]
Məni mənə qaytar
Axtar ürəyimin ən dərin dərəsində
Sərin qəfəsində, qəmim nəfəsində qalmışam
Hisslərimin içində azmışam, ölmüşəm
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz, gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox
Məni qaytar
Axtar ürəyimin ən dərin dərəsində
Sərin qəfəsində, qəmim nəfəsində qalmışam
Hisslərimin içində azmışam, ölmüşəm
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz, gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox
[Keçid: Felon De Jure]
Məni qaytar
Axtar ürəyimin ən dərin dərəsində
Sərin qəfəsində, qəmim nəfəsində qalmışam
Hisslərimin içində azmışam, ölmüşəm
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz, gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox
[Bənd 2:Qaraqan]
Axtarmasın bu gün heç kəs məni
Qəlbimin qara gecələrində azmışam
Düzmüşəm zibilə səbir
Bu gün mən özüm-özümdən bezmişəm
Yozmuşam, sonsuz kədər içində
Bir ovuc sevinc görmüşəm
Hər kəs ilə mən də bu kiçik sevincimi
Bərabər, doğru bölmüşəm
Ölmüşəm
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz, gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox
Şəkərim yox, Qaraqanam, acıyam
Siz nökərlərim, mən raciyəm
Günəşim qaranlıqdan haşiyə
Həyatım gülməli bir faciə
Sərt ol, mərd ol, ölümə dərd ol
Cəld ol, fərd ol, hərdən pərt ol
Yenə irəlidə “Baku Clan” qəbiləsi
Yazıda Felon-a “Qaraqan” nəzirəsi
Kəsiləsi bu gün həyatım mənim
Uçmur, qırılıb qanadım mənim
Bəsdir özümə savadım mənim
Səssiz dayanıb saatım mənim
[Nəqərat: Qaraqan]
Məni mənə qaytar
Axtar ürəyimin ən dərin dərəsində
Sərin qəfəsində, qəmim nəfəsində qalmışam
Hisslərimin içində azmışam, ölmüşəm
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz, gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox
Məni qaytar
Axtar ürəyimin ən dərin dərəsində
Sərin qəfəsində, qəmim nəfəsində qalmışam
Hisslərimin içində azmışam, ölmüşəm
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz, gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox
[Çıxış: Qaraqan]
Məni qaytar
Axtar ürəyimin ən dərin dərəsində
Sərin qəfəsində, qəmim nəfəsində qalmışam
Hisslərimin içində azmışam, ölmüşəm
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz, gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox

About “Məni Qaytar” by H.O.S.T. Alliance

Read the complete lyrics to "Məni Qaytar" by H.O.S.T. Alliance from the album "Proloq". On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap, Azerbaijani Rap.

"Məni Qaytar" is performed by H.O.S.T. Alliance. from the album "Proloq" This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Məni Qaytar", explore more songs by H.O.S.T. Alliance using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for H.O.S.T. Alliance · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Məni Qaytar" is credited to H.O.S.T. Alliance. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Məni Qaytar" appears on "Proloq".

Visit the H.O.S.T. Alliance artist page at /artist/host-alliance for biography, popular tracks, and links to more lyric pages.