Lyrks
Lyrks
Lyrks
Cover Art

Mənim Qaranlığım Lyrics by H.O.S.T. Alliance

Proloq

0

[Bənd 1: Qaraqan]
Həyatım əllərimdə əriyən şam kimi, qaranlıq aləmimdə
Son ümidin yasında, göz yaşımda qəmli xatirə
Əzablarımla qəlbimin pıçıltısı kəsildi
Səbrimin sonu uzaq, bu daş-kəsəkli yolda qatiləm
(Ölən getdi) Qərar - uzaq səfər, belimdə illərin yükü
Səbəbsiz ağlamaqların da yastığımda nəmli izləri
Qaranlığımda şər, qıfıl, qapı, tikan, çəpər
Köməksiz əllərimlə sarımaq istədim bu qanlı dizləri
Ürək ölüb və bilmək istəmir
Bu yolumun önünü tuta bilənlərin də sözünü dinləməz
Bu gün külək bitər, günəş itər, buludlu göydə yelkənim küləksiz
Ürəksiz tikilsin heykəlim və gözlərim bəbəksiz
Qapını bağlayın, heç kəs gəlməsin
Bu gün özüm özümlə qalmaq istərəm, ölmək istərəm
Ölümü gözlərəm ağ çiçəklə, əllərimdə qara qəzəllərimlə
Sətri izlərəm, dünya çox gözəl və çox yalançı
Nəğmələr oxundu, şeirlər yazıldı
Hər birində körpə qəlbimin əlində can verən göyərçin
Hələ də uçmaq arzusuyla çırpınan qanadların səsində
Anladım sevgilər nağıl, nağıllar yalan
Arzular talam, bu şəhər yad mənə tamam
Gecə sonsuz, durub zaman, yaram sağalmır, axır qan
Geri zülmət, irəli duman, yenə nifrət, kədər, güman
Halım yaman, kömək aman, damarlarımda qara qan
[Nəqərat: Qaraqan]
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdur qəbrim
Ümidlərim “Kim tez ölə bilər?” yarışmasında
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdur qəbrim
Gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin
[Bənd 2: Qaraqan]
Uşaqlığımla görüşsəydim, ağlayıb qaçardı
Qorxub üzünə baxmadan bu qəribə adamın anasına çatardı
Ürək atardı, gecə yatardı qollarında zülmətin
Sadəlövh arzular bahalı zamanı heçə satardı
Şaxtalar dəyişdi, üzümün yarası, kədəri, qırışı artdı
Söyüşü artdı dilimin, illər ötdü, ürəyim indi sərtdir
Mələyi tutmaq istədim əlimlə, parıltıdan göz qamaşdı
Qürurum və vicdanım hisslərimlə çox dalaşdı
Çox dirəşdi tələdə, səhərə kimi bu dərədə, arada-sırada
Qələbə, çataram hədəfə, yarama səpələ duzunu, düzünü
Yuxunu, gözümün irağı edərəm üzünü taparam izini gedərəm
Səsinə çataram, əlini tutaram harada olsa, qalada, dərədə, təpədə
Xoşbəxtlik göy qurşağı kimi gözəl və əlçatmazdır
Dəli şair gözü yaşlı, tənha gecələr yatmazdı
Səhra yolumun əvvəlində, cəllad, silah əllərində
Qarabasma, yenə tərlədim mən dəftər dolu qəzəllərimlə
Səssiz ol, yenə də həyat tamaşası bitdi, bu gecə də qəmli sonlu
Sevgi donu geyinən hər kədəri də ilk baxışda tanımışdım onu
Bu tikanlı yolu Qara Dərviş bəzədi saray kimi, nəfəsində şaxta dondu
Qara qarğa qonub evimin bacasına, cavanını, qocasını söy, mikrofon
(Bu nə iydir?)
İllər köçər, kitab rəfimdə oxunmamış neçə nağıl
Uşaqlığımın üzünə tüpürüb, dəqiqələr də çox paxıl
İnanmıram ki, bir dəqiqə versin altmış bir saniyə
O əlavə bir saniyədə bir söz qışqırım “Tövbə...”
(Tövbə...)
[Nəqərat: Qaraqan]
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdur qəbrim
Ümidlərim “Kim tez ölə bilər?” yarışmasında
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdur qəbrim
Gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin
[Keçid: Qaraqan]
Və artıq görmürəm yuxularımda cənnəti
Bu qəlbimin sonuncu harayı, hansı cəhənnəmdə, bilmirəm
Yanır, əzab çəkir, ruhum ağlayır, bədən qəfəsdir
Yoruldu, tab gətirmir, acı, kədərli illərə
Artıq görmürəm yuxularımda cənnəti
Bu qəlbimin sonuncu harayı, hansı cəhənnəmdə, bilmirəm
Yanır, əzab çəkir, ruhum ağlayır, bədən qəfəsdir
Dözmək olmur, artıq bəsdir
Buraxın, uçum göylərə...
[Nəqərat: Qaraqan]
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdur qəbrim
Ümidlərim “Kim tez ölə bilər?” yarışmasında
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdur qəbrim
Gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin
(Gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin)

About “Mənim Qaranlığım” by H.O.S.T. Alliance

Read the complete lyrics to "Mənim Qaranlığım" by H.O.S.T. Alliance from the album "Proloq". On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap, Azerbaijani Rap.

"Mənim Qaranlığım" is performed by H.O.S.T. Alliance. from the album "Proloq" This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Mənim Qaranlığım", explore more songs by H.O.S.T. Alliance using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for H.O.S.T. Alliance · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Mənim Qaranlığım" is credited to H.O.S.T. Alliance. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Mənim Qaranlığım" appears on "Proloq".

Visit the H.O.S.T. Alliance artist page at /artist/host-alliance for biography, popular tracks, and links to more lyric pages.