Lyrks
Lyrks
Lyrks
Cover Art

Nağıl Lyrics by H.O.S.T. Alliance

Qarada Qırmızı

0

[Nəqərat: Qaraqan]
(Biri var idi,biri yox idi)
Bir gecə açdım pəncərəni mən
Aşağıda qaçışan balaca insanlara baxdım
Nəfəsimə çəkdim şaxta, ayazı, qışı gətirər otağıma
Pərdəni rəqs edəndə gördüm küləklə
Hər şeyi yenidən başlayaq
Amma mən yorğun, amma sən kinli
Amma yox o hisslər artıq həvəsdə
Qapını üzümə örtüb, çıxdı otaqdan
Qalmışam, yenə pəncərədən açılan mənzərə
Məni uçmağa vadar etməsə, bu nəğmə oxunar
Şəhərin sonsuz binalarının işıqları
Gözümü qamaşdıran
Soyuqdandırmı, şaxtadandırmı?
Yanağıma tökülən ilıq yaşlar
[Bənd 1: AiD]
Yenə yuxusuz, dolmuş gözlər qorxusuz
Qaranlıq otaqda tək qalmışam
Yenə göz yaşı yağışla birgə darıxır qucaqsız
Yarpaqlar ağacda üsyan edəcək payızı hasara almağa
Yox meyil, yox güman, yox həvəs indi qəfəsdən uçmağa
Yenə donmuş qanadlar...
Pəncərə, dörd divar, bir də mən
Hansı fəsildir bilmirəm
Dibçəkdə də solacaq bir gecə qızılgül
Solsun qoy, dərmirəm
Səni sevmirəm, ey uzun gecə
Yuxumu qaytar geri, de necə?
Deyəcəm sevgilimə ki, gecəni keçirtdim
Gecəylə tək, baş-başa
Yaşamaq istərsən, get tək yaşa, sən ayrı, mən ayrı
Qalaq, indi çətin həyat, yox bu mövzu ağırdır
Yuxusuz gecədə gözüm qaraldı
Yerim isti, yorğanaltı həyatım mənə çox şeyi öyrətdi
İlk kabusumu suya danışanda
Dedim ki, əjdaha gözünü mənə bərəltdi
Amma indi bu kabusum gülməlidir
Yuxularsa bir işarədir
Mələklər sevəcəm, butalar görəcəm
Oyananda yenə səni seçəcəm
Hər gün təkrarlanan yuxusuzluq xəstəlikdir sanki
Mən pəncərə qarşısında yorğun
Göyə baxıram, dilimdə suallar
[Bənd 2: Qaraqan]
Soruşdum küləkdən, niyə belə əsirsən, hara tələsirsən?
Dedi: Mən buludlarımı susuz səhralara yağdırmağa gedirəm
Soruşdum günəşdən: Hanı sevgilin ay, niyə dalaşıbsınız?
Dedi: Biz bir yerdə olanda zülmət düşə bilər aləmə
Mən ulduzlardan soruşdum: Nazlı qızlar, parıltınız nədəndir?
Dedilər: Ağlamaqdan, kipriklərimizdəki yaşlardan
Soruşdum quşlardan: Məni özləriylə apararlarmı?
Soruşdular: Qanadların varmı? Qaraqan, qanaqların varmı?
Soruşdum dənizdən: Niyə dalğaların gedib-gəlir?
Dedi: Tənhalıqdan darıxmamaqçün
Özüm-özümə bu oyunu düşünmüşəm
Soruşdum dağlardan: Niyə zirvələriniz qarlı?
Dedilər: Uzun illər yaşadıq, bizdə qocaldıq, saçlarımız ağardı
Soruşdum çaylardan: Hara qaçırsınız, kimdən qorxursunuz ki?
Dedilər: Öldürdüyümüz qayaların ruhu bizi rahat buraxmır
Soruşdum torpaqdan: Niyə ölmüş insanları udursan ki?
Dеdi: Qisas alıram, məni alçaldıb tapdalayanlardan
[Nəqərat: Qaraqan]
Bir gecə açdım pəncərəni mən
Aşağıda qaçışan balaca insanlara baxdım
Nəfəsimə çəkdim şaxta, ayazı, qışı gətirər otağıma
Pərdəni rəqs edəndə gördüm küləklə
Hər şeyi yеnidən başlayaq
Amma mən yorğun, amma sən kinli
Amma yox o hisslər artıq həvəsdə
Qapını üzümə örtüb, çıxdı otaqdan
Qalmışam, yenə pəncərədən açılan mənzərə
Məni uçmağa vadar etməsə, bu nəğmə oxunar
Şəhərin sonsuz binalarının işıqları
Gözümü qamaşdıran
Soyuqdandırmı, şaxtadandırmı?
Yanağıma tökülən ilıq yaşlar

About “Nağıl” by H.O.S.T. Alliance

Read the complete lyrics to "Nağıl" by H.O.S.T. Alliance from the album "Qarada Qırmızı". On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap, Azerbaijani Rap.

"Nağıl" is performed by H.O.S.T. Alliance. from the album "Qarada Qırmızı" This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Nağıl", explore more songs by H.O.S.T. Alliance using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for H.O.S.T. Alliance · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Nağıl" is credited to H.O.S.T. Alliance. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Nağıl" appears on "Qarada Qırmızı".

Visit the H.O.S.T. Alliance artist page at /artist/host-alliance for biography, popular tracks, and links to more lyric pages.