Lyrks
Lyrks
Sign In
Cover Art

Neçə Lyrics by H.O.S.T. Alliance

Proloq

2007

[Nəqərat: Qaraqan]
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu, sevincli səhifə
Amma mən yenə, yenə, yenə tənha

Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu, sevincli səhifə
Amma mən yenə, yenə, yenə tənha

[Bənd 1: AiD]
Neçə günəş gərəkdir, ürəyimi isitmək üçün?
Neçə dəniz yuya bilər, yaddaşımı ve günahlarımı?
Neçə külək gərəkdir, göz yaşlarımı qurutmaq üçün?
Neçə mələk gərəkdir, sənin gözəlliyini unutmaq üçün?

Neçə sınıq saat gərəkdir, bu zAmmanı saxlAmmaq üçün?
Neçə bəyaz yastıq, hönkürüb ürəkdən ağlAmmaq üçün?
Neçə qanad gərəkdir, çırpınım uçum ulduzlara?
Neçə qıfıl gərəkdir, ürəyi bir dəfəlik bağlAmmaq üçün?

Neçə yagış gərəkdir, qurumuş hər ağac çiçəklə dolsun?
Neçə bulud gərəkdir, qar dizə kimi gecəylə dolsun?
Neçə məzar gərəkdir, dolsun içinə bütün ümidlər?
Meyitlər rahat yatsın, deyin, neçə döşək gərəkdir?

Neçə vərəq gərəkdir, neçə qələm gərəkdir?
Kağıza mürəkkəb, həyat çox mürəkkəb, çətindir düzəltmək
Yaranı sağaltmaq, kədəri azaltmaq, əzabı qısaltmaq
Dünyanı əksinə fırlatmaq üçün neçə külək gərəkdir?

[Nəqərat: Qaraqan]
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu, sevincli səhifə
Amma mən yenə, yenə, yenə tənha

[Bənd 2: JAmmal Ali]
Neçə əsgər lazımdır, səngərlərimiz boş qalmasın deyə?
Neçə xəritə lazımdır bizə, millət yolunu azmasın deyə?
Neçə kapsulada dərman ki, yaralarımızı keyitsin bir neçə müddətlik?
Neçə fərman ki, təbəssüm çöksün üzünə xalqımın bəlkə bir həftəlik?

Neçə demokratik uçuş gətirən təyyarələr, neft dalınca?
Neçə zolaqlı bayraq xilas edəcək bizi görəsən ən dar anda?
Neçə kilsədə “məsciddən qorx, qaç” deyəcək dünya hələ bizlərə?
Neçə propoganda basdılar beyinlərə? Hollywood dönəcək siyasətə

Neçə irqdən insanlar qıracaq bir-birin ancaq dəri rənginə görə?
Neçə cüt göz basdıracaq ümidlərini, oğlu-qızıyla birgə?
Neçə vəhşiliyin şahidi insanlar, dönəcəklər manyaklara?
Neçə nüvə silahının nüvələrin sayı qədər ac insan batacaq səhrasında?

Neçə fitnə, neçə soyqırım?
Neçə tonqal, neçə min edam?
Neçə işğal? De susum ya qışqırım?
İstehza qoxan alqışlara

Neçə zindan, namus qoruyanına?
Ömürlük həbs, elektrik stulları
Neçə sərhəd ayırası məni məndən?
H.O.S.T
Nəqarəti qaytarın!

[Nəqərat: Qaraqan]
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu, sevincli səhifə
Amma mən yenə, yenə, yenə tənha

[Bənd 3: Qaraqan]
Neçə xəyanət gərəkdir, əsl sevginin qədrini bilmək üçün?
Neçə xəstəlik gərəkdir, sağlamlığımı düşünmək üçün?
Neçə kədər gərəkdir, bir usaq gülüşündən xoşbəxt olum?
Neçə düşmən gərəkdir, dostlarımın qədrini bilmək üçün?

Neçə yad eldə olmalıyam ki, vətənimə qayıdanda sevinim?
Neçə kasıb, fəqir, yoxsul görməliyəm ki, sadə geyinim?
Neçə gözü yaşlı yetim danışmalıdır mənə çətin həyatdan ki
Qaçıb evə, anamın əllərindən öpüb sevdiyimi deyim?

Neçə günah eləməliyəm ki, tövbəm ürəkdən olsun?
İstəyirəm oğlum olsun, qasırğa, həm də küləkdən olsun
Neçə il qocalmalıyam ki, cavanlığıma həsrətlə baxım?
Neçə yuxusuz gecə gərək daş, yumşaq döşəkdən olsun?

Neçə dəfə ölümlə qarşılaşmalıyam ki, qayıdım həyata?
Son nəfəs can verəndə, qızıldan qiymətli saatlar
Neçə il tənha qalmalıyam ki, yenidən sevə bilim?
Neçə şeytan öldürməliyəm ki, Allahı görə bilim mən?

[Nəqərat: Qaraqan]
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu, sevincli səhifə
Amma mən yenə, yenə, yenə tənha

Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu, sevincli səhifə
Amma mən yenə, yenə, yenə tənha

Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu, sevincli səhifə
Amma mən yenə, yenə, yenə tənha

About “Neçə” by H.O.S.T. Alliance

Read the complete lyrics to "Neçə" by H.O.S.T. Alliance from the album "Proloq" in 2007. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Neçə" is performed by H.O.S.T. Alliance. from the album "Proloq" in 2007 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Neçə", explore more songs by H.O.S.T. Alliance using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for H.O.S.T. Alliance · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Neçə" is credited to H.O.S.T. Alliance. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Neçə" appears on "Proloq" in 2007.

Visit the H.O.S.T. Alliance artist page at /artist/host-alliance for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.