Lyrks
Lyrks
Sign In
Cover Art

Proza Lyrics by H.O.S.T. Alliance

Proloq

2007

[Bənd 1: Qaraqan]
Sənin gözlərində boğuldum
Payız zərif küləklə sığal çəkdi gecəyə
İlk xəzanla doğuldum
Boş parkın hönkürtüsü
Yaş asfalt bir az xəstə
Yağış da incə, qəddar
Qırıq ürək boş qəfəsdə

Sökülmüş arzuların xarabasında
Arası kəsilməz gülüşlə ağlayırdı
Kor rəssam şikəst atlar arabasında
Sən də başqa, mən də başqa
Dərd də, qəm də başqa
Yaddaşım sanki bir şeir kimi cızıldı daşda

Küçələrin qaranlığında
Çox sağ ol ki, bir mələk kimiydin
Saçıların ipək kimiydi, sözlərin külək kimiydi
Çox sağ ol!
Qəlbimin düzənliyində bir bulaq kimiydin
Amma çox isti, çox duzlu

Çox tozlu manikenlər vitrində göz yaşıyla
Ölülər qucaqlaşır yuxularımda baş daşıyla
Doxsan illik keçmişimlə iyirmi yaşda neyləyim?!
Əllərim bağlı, qarğalar ciyərmi çeyniyir

Heç nə demə, danışma, bəsdir!
Heç nə soruşma! Kim günahkar?
Sən günahkar, mən günahkar!
Gecə günahkar, gün günahkar!
Dərslər günahkar!
Payız, şeir, dəftər günahkar!
Bəlkə də oxuduğum kitablarla
Dolu rəflər günahkar!

İncə-incə kəs damarlarımı, iç qanımı, sevgilim
Artıq sevmirəm, sən də sevmirsən
Sehrli bir nağıl, səni unutmaram
Məni unutma sən, gizləmə
Göz yaşın qoy axsın, onu qurutma sən

[Nəqərat: Qaraqan]
Məktublar və tozlu şəkillər
Yanır əllərimi qızdıran ocaqda
Ümid uzaqda...
İçimdə şaxta, ölmüş sevginin
Ruhu hərdən gəzir bu qaranlıq otaqda

Sənə nifrət etdim, həm də sevdim qəzəbsiz
Pəncərəyə yağış damlayır gözəl, səssiz
Kül ocaqda, yastıq qucaqda
Darıxdın, güldün, ağladın, gecə səbəbsiz

Məktublar və tozlu şəkillər
Yanır əllərimi qızdıran ocaqda
Ümid uzaqda...
İçimdə şaxta, ölmüş sevginin
Ruhu hərdən gəzir bu qaranlıq otaqda

Sənə nifrət etdim, həm də sevdim qəzəbsiz
Pəncərəyə yağış damlayır gözəl, səssiz
Kül ocaqda, yastıq qucaqda
Darıxdın, güldün, ağladın gecə səbəbsiz

[Bənd 2: Qaraqan]
Küləklərlə dərdləşirdi qatarın tüstüsü
Uzaqda baharın istisi, mox soyuq
Yanağlarımda buz bağladı
Donub qalan o göz yaşı

Yadına sal, arzularda ölmək eyni gündə
İkimizə bir baş daşı və eyni gündə öldük
Sən mənimçün, mən səninçün
Özgə oldun sən mənimçün, mən səninçün

Bəlkə xəstəlik səbəb? Bəlkə mələklər paxıl?
Amma mənə demişdilər ki, sevgi qəlbə çiçəklər taxır
Evlənək demişdin, uşaqlıq necə gözəl
Və nə qədər sadəlövh, qaçaq demişdik

Qanadlarımızı açıb, uçaq demişdik
Hər şeyi demişdik
Gizlədiyimizi gözlər demişdi
Dumanlar gizlədəndə yerimizi izlər demişdi

Restoranlar, rəqsimiz, sevgililər günü
Ümidlər yanır günəş kimi
Ümidlər sönür, ay işığı nur
Gözlərimdə leysanlar dolur
Sən öləndə ilk dəfə inandım, insanlar ölür

Nə şəkillər əvəz edər səni, nə qəmli şeirlər
Hər işi pis olanlar mənə “hər şey düzələr” dеyirlər
Düzəlmir! Sən qara paltarlar geyərdin
Qəmli baxışlarına vurulmuşdum, az gülərdin

Sevərdim dənizlər limanları sevən kimi
Sеvərdim qulaqlar yalanları sevən kimi
Öldürmək istəmişdim özümü sən ölən kimi
Əsrlər keçsə də, yadımdasan dünən kimi

[Nəqərat: Qaraqan]
Məktublar və tozlu şəkillər
Yanır əllərimi qızdıran ocaqda
Ümid uzaqda...
İçimdə şaxta, ölmüş sevginin
Ruhu hərdən gəzir bu qaranlıq otaqda

Sənə nifrət etdim, həm də sevdim qəzəbsiz
Pəncərəyə yağış damlayır gözəl, səssiz
Kül ocaqda, yastıq qucaqda
Darıxdın, güldün, ağladın, gecə səbəbsiz

Məktublar və tozlu şəkillər
Yanır əllərimi qızdıran ocaqda
Ümid uzaqda...
İçimdə şaxta, ölmüş sevginin
Ruhu hərdən gəzir bu qaranlıq otaqda

Sənə nifrət etdim, həm də sevdim qəzəbsiz
Pəncərəyə yağış damlayır gözəl, səssiz
Kül ocaqda, yastıq qucaqda
Darıxdın, güldün, ağladın gecə səbəbsiz

About “Proza” by H.O.S.T. Alliance

Read the complete lyrics to "Proza" by H.O.S.T. Alliance from the album "Proloq" in 2007. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Proza" is performed by H.O.S.T. Alliance. from the album "Proloq" in 2007 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Proza", explore more songs by H.O.S.T. Alliance using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for H.O.S.T. Alliance · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Proza" is credited to H.O.S.T. Alliance. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Proza" appears on "Proloq" in 2007.

Visit the H.O.S.T. Alliance artist page at /artist/host-alliance for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.