Lyrks
Lyrks
Lyrks
Cover Art

Mahnılar Lyrics by PRoMete

2022

[Nəqərat: Hilal Demo]
Bu mahnı həqiqətdir qəbul etməsən də
Bütün mahnıların taleyinin hökmü səndə
Şairə əziyyətdir şeir səslənməyəndə
İşsiz qalır dirijorlar not küsəndə
Bu mahnı həqiqətdir qəbul etməsən də
Bütün mahnıların taleyinin hökmü səndə
Şairə əziyyətdir şeir səslənməyəndə
İşsiz qalır dirijorlar not küsəndə
[Bənd 1: PRoMete]
Bəzən bir siqaretin tüstüsü daha çox anlar insanı ətrafındakı insan toplusundan
Necə qurtulur, görəsən, o yaradıcı ruhlar, hər şeyin üst-üstə gəlməsi duyğusundan?
İllərdir axtarılan sualların cavabını, görəsən, kimsə tapıbmı və harasa yazıbmı?
Dərinə gedənlərin geriyə qayıdanı maraqsızdır, bizə maraqlı o kəslər ki, oralarda azıbdır
Buraxıb dərinlikləri və yorucu fəlsəfəni, hədəftək götürürəm gündəlik səksəkəni
Dostlarım dağılıbdır yer planetinin üstünə maraqsızlaşdıraraq mənimçün bu ölkəni
Məişət qayğıları yaşla düz mütənasibdir, maddiyyata daha çox bağlanıram ildən ilə
Gülməyim gəlir indi kimsə verəndə sual “necə hissdir mahnılarınızın düşməsi dildən dilə?”
[Keçid: PRoMete]
Böyüyəcəksən, dostum, səni də böyüdəcəklər
Özünü böyüdülmüş görəndə çalış ki, çaşma
Şirin dillər ilanı çıxara bilir yuvasından
Kini kölgənçün saxla, çalış oyuna qarışma
Yoxlama dostu darda, pis günü yaxın buraxma
Umma ki, küsməyəsən, heç kəsdən alma dəstək
Özünü tap özündə, çətindir, amma mümkündür
Özünü yar olana hər addımda tanrı kömək
[Bənd 2: Hilal Demo]
Ehtiyac yoxdur bəzən doğruları deyəsən
Başını aşağı salıb görməzdən gələsən
Yaranan vəziyyətdə öz xeyrini güdəsən
De mənə, bu filmlərə ağlayasan, güləsən?
Elə sən də beləsən, çox da uzağa getmə
Günahsız halda qəmli mahnıları tərk etmən
Bədənin rəqs etmək istər, əl qaşınar
Bəzi mahnılar elə rəqsin qədər yaşayar
Daşıyar başqa məqsəd bu notlar dilə gəlsə
Bu gündən küləklər sərt əsər, yeri gəlsə
Yazılmalı min əsər, əsərlər bəhsəbəhsdə
Pozulmalı bu əsəb, insanlar min həvəsdə
Səslənən musiqidən qulaqcıqlar utanır
Axı bu şəhərdə dahi bəstəkarlar qocalıb
Şairlər nə bacarır, nədir daha qurtarıb?
Yoxsa ağıllı musiqiylə toylar azalır?
[Keçid: Islam Shirvany]
Özünü tapmaq üçün çıxdığı bütün axtarışlardan əliboş dönənlərin məyusluğudur bu mahnı
“Bu dəfə nə oldu?” deyə soruşulanda cavab əvəzində gözlərin yorğunluğudur bu mahnı
Dalğamız eynidir indi, sən məni anlayırsan, nədən danışdığımı, nədən oxuduğumu
Çoxların anlamadığı sadə albom treki, təklərin pleylistinin dolğunluğudur bu mahnı
[Keçid: Hilal Demo & PRoMete]
Bu mahnı həqiqətdir, bro
Qəbul etməsən də
Şairə əziyyətdir
Şeir səslənməyəndə
Bu mahnı həqiqətdir, bro
Qəbul etməsən də
Şairə əziyyətdir
Şeir səslənməyəndə
[Nəqərat: PRoMete & Hilal Demo]
Bu mahnı həqiqətdir qəbul etməsən də
Bütün mahnıların taleyinin hökmü səndə
Şairə əziyyətdir şeir səslənməyəndə
İşsiz qalır dirijorlar not küsəndə
Bu mahnı həqiqətdir qəbul etməsən də
Bütün mahnıların taleyinin hökmü səndə
Şairə əziyyətdir şeir səslənməyəndə
İşsiz qalır dirijorlar not küsəndə
Credits

About “Mahnılar” by PRoMete

Read the complete lyrics to "Mahnılar" by PRoMete in 2022. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijani Rap, Rap.

"Mahnılar" is performed by PRoMete. in 2022 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Mahnılar", explore more songs by PRoMete using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for PRoMete · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Mahnılar" is credited to PRoMete. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Mahnılar" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the PRoMete artist page at /artist/promete for biography, popular tracks, and links to more lyric pages.