Lyrks
Lyrks
Sign In
Cover Art

Həyat Lyrics by Muraz

2020

[Bənd 1]
Mənasız müharibələr kimi
Ölən günahsız körpələr kimi
Məhv olan bütün ümidlər kimi
Ədalətsizdir bəzən həyat

Dərmansız xəstəliklər kimi
Sağalmayan yaralar kimi
Yırtıcı bir canavar kimi
Amansız olur bəzən həyat

Səhraya yağan yağış kimi
Qəlbi isidən baxış kimi
Kütlə yaranan alqış kimi
Ümid vericidir bəzən həyat

Cavabsız sevgilər kimi
Gözlənilməz xəyanətlər kimi
Puç olan tüm xəyallar kimi
Qəlb sındırıcıdır bəzən həyat

[Keçid]
Bütün olan ümidlərim daha yox oldu
Gözlərimi açım görüm - hamısı yuxuydu
Yoruldum...
Mən yaşamaqdan yoruldum...
Ey!
Qurduğumuz xəyallar hamısı puç oldu
Küləklər arzularımızı sovurdu
Çox oldu...
Amma bu qədəri çox oldu...

[Nəqərat]
Buna tab gətirə bilmirəm
Sanki düşmüşəm çovğuna
Gücüm qalmayıb yaşamağa
Mən çox yorğunam
Yorğunam...

Bu yükü daşıya bilmirəm
Yıxılmaqdan çox qorxuram
Qorxuram...
Amma belədir həyat
Davam etməyə məcburam

Buna tab gətirə bilmirəm
Sanki düşmüşəm çovğuna
Gücüm qalmayıb yaşamağa
Mən çox yorğunam
Yorğunam...

Bu yükü daşıya bilmirəm
Yıxılmaqdan çox qorxuram
Qorxuram...
Amma belədir həyat
Gör bizə nələr elədi həyat

[Bənd 2]
Biri kef çəkəndə Parisdə
Biri ölür yataqda xəstə
Gecə kimidirsə gündüz də
Demək sənin üçün zindandır həyat

Kimisi yaşayır namaz üstə
Kilsə tikilir məscid üstdə
Müsəlman deyir terroristə
Yəni bu qədər çirkindir həyat

Dərdlərin pulsa dərmanı
Kədərləndirirsə əgər səni hər mahnı
Daha bilmirsən səhv hanı, düz hanı?
Necə deyim ədalətlidir həyat?

Kimi bir səhvinin qurbanı
Evindən çox görüb gözləri zindanı
Gözləyir növbəti fərmanı
Amma ona güləcəkmi həyat?

[Keçid]
Bütün olan ümidlərim daha yox oldu
Gözlərimi açım görüm - hamısı yuxuydu
Yoruldum...
Mən yaşamaqdan yoruldum...
Ey!
Qurduğumuz xəyallar hamısı puç oldu
Küləklər arzularımızı sovurdu
Çox oldu...
Amma bu qədəri çox oldu...

[Nəqərat]
Buna tab gətirə bilmirəm
Sanki düşmüşəm çovğuna
Gücüm qalmayıb yaşamağa
Mən çox yorğunam
Yorğunam...

Bu yükü daşıya bilmirəm
Yıxılmaqdan çox qorxuram
Qorxuram...
Amma belədir həyat
Davam etməyə məcburam

Buna tab gətirə bilmirəm
Sanki düşmüşəm çovğuna
Gücüm qalmayıb yaşamağa
Mən çox yorğunam
Yorğunam...

Bu yükü daşıya bilmirəm
Yıxılmaqdan çox qorxuram
Qorxuram...
Amma belədir həyat
Gör bizə nələr elədi həyat

Buna tab gətirə bilmirəm
Sanki düşmüşəm çovğuna
Gücüm qalmayıb yaşamağa
Mən çox yorğunam
Yorğunam...

Bu yükü daşıya bilmirəm
Yıxılmaqdan çox qorxuram
Qorxuram...
Amma belədir həyat
Gör bizə nələr elədi həyat
Credits

About “Həyat” by Muraz

Read the complete lyrics to "Həyat" by Muraz in 2020. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Həyat" is performed by Muraz. in 2020 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Həyat", explore more songs by Muraz using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Muraz · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Həyat" is credited to Muraz. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Həyat" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Muraz artist page at /artist/muraz for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.