[Bənd 1]
\nKök üstə budağı neçədi, bildim
\nBudaqda yarpağı neçədi, bildim
\nSalxımı, saçağı neçədi, bildim
\n
\n[Nəqərat]
\nBu yaşıl ağacın altı bizimdi
\nBu yaşıl ağacın altı bizimdi
\nBu yaşıl ağacın altı bizimdi
\nBu yaşıl ağacın altı bizimdi
\n
\n[Bənd 2]
\nAtəş Allahındı, isti Allahın
\nOcaq Allahındı, tüstü Allahın
\nBu yaşıl ağacın üstü Allahın
\n
\n[Nəqərat]
\nBu yaşıl ağacın altı bizimdi
\nBu yaşıl ağacın altı bizimdi
\nBu yaşıl ağacın altı bizimdi
\nBu yaşıl ağacın altı bizimdi
\n
\n[Bənd 3]
\nYenə gəldi yaz ayları
\nBülbül gülə naz eyləyir
\nSevirəm sözün deməyə
\nSevirəm sözün deməyə
\n
\nDodaq dilə naz eyləyir
\nDil dodağa naz eyləyir
\nDodaq dilə naz eyləyir
\nDil dodağa naz eyləyir
\n
\n[Bənd 4]
\nAşıq Əhliman, qadası
\nGözümün ağı, qarası
\nÖldürür zalım balası
\nEy, öldürür zalım balası
\n
\nBilə-bilə naz eyləyir
\nZalım qızı naz eyləyir
\nBilə-bilə naz eyləyir
\nZalım qızı naz eyləyir
\n
\n[Bənd 5]
\nAy daş atan bəxtəvər
\nAtdığın daşdan keçər
\nO qız səni sevirsə
\nYolunda candan keçər
\n
\nİndi məgər yenəmi
\nPəncərədən daş gəlir?
\nIndi hansı sevgidən
\nXumar gözdən yaş gəlir?
\n
\nAy daş atan bəxtəvər
\nAtdığın daşdan keçər
\nO qız səni sevirsə
\nYolunda candan keçər
\n
\nİndi məgər yenəmi
\nPəncərədən daş gəlir?
\nIndi hansı sevgidən
\nXumar gözdən yaş gəlir?
\n
\n[Nəqərat]
\nGəlin, dostlar, oynayaq
\nDeyək, gülək, şadlanaq
\nGəlin, dostlar, oynayaq
\nDeyək, gülək, şadlanaq heyran-heyran
\n
\n[Bənd 6]
\nAy daş atan bəxtəvər
\nDaşın əcəb vaxtıdır!
\nİndi o yaş deyil ki
\nDeyir, vüsal vaxtıdır
\n
\nİndi məgər yenəmi
\nPəncərədən daş gəlir?
\nİndi hansı sevgidən
\nXumar gözdən yaş gəlir?
\n
\nAy daş atan bəxtəvər
\nDaşın əcəb vaxtıdır!
\nİndi o yaş deyil ki
\nDeyir, vüsal vaxtıdır
\n
\nİndi məgər yenəmi
\nPəncərədən daş gəlir?
\nİndi hansı sevgidən
\nXumar gözdən yaş gəlir?
\n
\n[Nəqərat]
\nGəlin, dostlar, oynayaq
\nDeyək, gülək, şadlanaq
\nGəlin, dostlar, oynayaq
\nBelə deyək, gülək, şadlanaq heyran-heyran
\n
\n[Bənd 7]
\nSahilə gəmi gəldi, küləyin dəmi gəldi
\nYaş tök, ala gözlərim, ayrılıq dəmi gəldi
\nSahilə gəmi gəldi, küləyin dəmi gəldi
\nYaş tök, ala gözlərim, ayrılıq dəmi gəldi
\n
\nƏzizim, xudam səni, saxlasın xudam səni
\nBir arzum var, görəydim hər gün yuxumda səni
\nƏzizim, xudam səni, saxlasın xudam səni
\nBir arzum var, görəydim hər gün yuxumda səni
\n
\n[Nəqərat]
\nSapandtək atma məni
\nYadlara satma məni
\nYolunu gözləmişəm
\nNagüman etmə məni
\n
\nSapandtək atma məni
\nYadlara satma məni
\nYolunu gözləmişəm
\nNagüman etmə məni
\n
\n[Bənd 8]
\nQaragözlü Mədinəm, şirin sözlü Mədinəm
\nO xoş camalın qoymur, nə danışam, nə dinəm
\nQaragözlü Mədinəm, şirin sözlü Mədinəm
\nO xoş camalın qoymur, nə danışam, nə dinəm
\n
\n[Nəqərat]
\nNazlı, nazlı yarım
\nXoş avazlı yarım
\nNazlı, nazlı yarım
\nXoş avazlı yarım
\nİncə gülüşündən
\nOldum dəli, yarım
\nİncə gülüşündən
\nOldum dəli, yarım
\n
\n[Bənd 9]
\nSular çağlar, Mədinəm, qəlbim ağlar, Mədinəm
\nBilməz idim sinəmdə məhəbbətdir xəzinəm
\nSular çağlar, Mədinəm, qəlbim ağlar, Mədinəm
\nBilməz idim sinəmdə məhəbbətdir xəzinəm
\n
\n[Nəqərat]
\nNazlı, nazlı yarım
\nXoş avazlı yarım
\nNazlı, nazlı yarım
\nXoş avazlı yarım
\nİncə gülüşündən
\nOldum dəli, yarım
\nİncə baxışından
\nOldum dəli, yarım
\n
\n[Bənd 10]
\nFayton bizim olaydı
\nYolu uzun olaydı
\nYarım bizə gələndə
\nGecə uzun olaydı
\n
\nFayton bizim olaydı
\nYolu uzun olaydı
\nYarım bizə gələndə
\nGecə uzun olaydı
\n
\n[Keçid]
\nƏzizinəm oyuna
\nOyna, baxım boyuna
\nO gün olsun, biz gələk
\nBu qızların toyuna
\n
\nƏzizinəm oyuna
\nOyna, baxım boyuna
\nO gün olsun, biz gələk
\n
\n[Nəqərat]
\nOyna, balam Güldəstəm
\nOyna, canım Güldəstəm
\nGəl çıxaq çəmən üstə
\nGül dərək dəstə-dəstə
\n
\nOyna, balam Güldəstəm
\nOyna, canım Güldəstəm
\nGəl çıxaq çəmən üstə
\nGül dərək dəstə-dəstə
\n
\n[Bənd 11]
\nFayton gedər, toz eylər
\nQız oğlana göz eylər
\nOğlanda günah olmaz
\nHər nə etsə, qız eylər
\n
\nFayton gedər, toz eylər
\nQız oğlana göz eylər
\nOğlanda günah olmaz
\nHər nə etsə, qız eylər
\n
\n[Keçid]
\nƏzizinəm oyuna
\nOyna, baxım boyuna
\nO gün olsun, biz gələk
\nBu qızların toyuna
\n
\nƏzizinəm oyuna
\nOyna, baxım boyuna
\nO gün olsun, biz gələk
\nSubayların toyuna
\n
\n[Nəqərat]
\nOyna, balam Güldəstəm
\nOyna, canım Güldəstəm
\nGəl çıxaq çəmən üstə
\nGül dərək dəstə-dəstə
\n
\nOyna, balam Güldəstəm
\nOyna, canım Güldəstəm
\nGəl çıxaq çəmən üstə
\nGül dərək dəstə-dəstə
\n
\n[Bənd 12]
\nBir yaz axşamı yandırdım şamı
\nNeçə vaxtdır görmürəm səni
\nBir yaz axşamı taxdım nişanı
\nSevgilim, sənin barmağına
\n
\nÜzük qaşsiz qalıb, qızıl da xal salıb
\nGüzgünü toz alıb, qayıtmadın
\nBu şam bütün gecə sönür, yanır necə
\nSönməsin, gur yansın bəlkə gəldin
\n
\n[Nəqərat]
\nÜrəyim tup-tup döyünür hər dəfə
\nSənin şəklini divarda görəndə
\nQapını tup-tup kimsə döyəndə
\nGedirəm açmağa bəlkə gəldin
\n
\nÜrəyim tup-tup-tup döyünür hər dəfə
\nSənin şəklini divarda görəndə
\nQapını tup-tup kimsə döyəndə
\nGedirəm açmağa bəlkə gəldin
\n
\n[Bənd 13]
\nSənin adın nədir, ay gözəl?
\nSənin adına quzu kəsim
\nDayan, söyləyim sənə qəzəl
\nQoyma məni bir gültək solum
\n
\nAy qız, keçmə bizim məhlədən
\nBu ürəkdə nələr var, nələr
\nNə olar, bir söz alım səndən
\nDayan, keçmə, incimə məndən
\n
\n[Nəqərat]
\nDünya sənindir, gözəl
\nAləm sənindir
\nSevgi bir baldır, gözəl
\nO da sənin
\n
\nGözlər sənindir, gözəl
\nSözlər sənindir
\nVallah, bir ürəyim var
\nO da sənin
\n
\nDünya sənindir, gözəl
\nAləm sənindir
\nSevgi bir baldır, gözəl
\nO da sənin
\n
\nGözlər sənindir, gözəl
\nSözlər sənindir
\nVallah, bir toyumuz var
\nO da sənin
\nO da sənin\n\n