Lyrks
Lyrks
Sign In
Cover Art

8 Mart Lyrics by Okaber

Başlıqsız Sətirlər

2011

[Bənd 1]
Baharın təravətini gətirən ruzgarın sərinliyi
Amma o hələ uzaqlarda, hələ qışın gərginliyi
Sevginin dərinliyi paranoya, düşünür qoca
Onun sevgisi satdığı güllər kimi
Vəfasız, adi, olduqca mənasız
Solduqca ömrü azalan güllər qalır dünyasız
Lakin qoca nikbin və budur 8 mart
İncə yaranmışların həyatına bir damla sevinc gətirən vaxt
Bu gün çox gül tapır əksini və utanır səbəbsiz
Saatlar əqrəbsiz, qələmlər aciz qalır, mürəkkəbsiz
Dağıdır fikirləri ətrafı bürüyən ətirləri
Şəhərin küləkləri aparır uzaqlara
Pak sevgini, yaşadır nağıllarda
Danışır uşaqlara
Yaşadır arzularda və şirin yuxularda
Görüşənədək, əlvida

Və sevgililəri sevindirən satdığı çiçəklər
Bir döyünən ürəklər üçün yaranan təbii istəklər
Sevinir qoca, ani olaraq qarşısında dayanan
Cavan oğlanın sevincinə şərik olmaq üçün
Gözlərdə təbəssüm yaradaraq, gülüş oyadaraq
Oğlana təqdim etdiyi güllərdə tamam başqa bir maraq
Tamam başqa bir müəmma
Başqa bir təbiət, aləm, yer, göy
Başqa bir səma

[Bənd 2]
Ruzgarın təravəti gətirir uzaqlardan baharı xatırladan ətirləri
Lakin yağış isladır insanları günah kimi gizlədən çətirləri
Məktublarda sətirləri dəfələrlə oxuyan
Bu cavan oğlan görüşə tələsir
Unudub varlığını, xəstəliyinin ağırlığını
Düşünür: "Axı bu gün o, görüşə gələsi
Onu dünyalar qədər sevirəm, gözləməsin
Bir saniyə belə qalmasın tənha
Onun göz yaşlarında bataram günaha
O körpə kimi pak, kövrək, saf"
Oğlanın özü təyin etdiyi görüş yeri
Bozarmış ətraf, yazılmış lirik epiqraf və növbəti paraqraf

Yolun astanasında dayanan qız olanlardan xəbərsizdir
Onun gözləri adi, nə sevinc, nə kədərsizdir
"Sevgim qədərsizdir" - fikirləşib oğlan yaxınlaşır
Həyəcandan əsir əlləri, içində ürək alışır
Onun qeyri-adi davranışı, əlində bir dəstə gül
Qızın marağına səbəb olur, bu ruhi xəstə
Gülləri uzadır əllər, amma qız tanımır oğlanı
Getdikcə sərtləşir, dəyişir, birdən ani olaraq
Qəbul etmir hədiyyəni, çıxıb getmək istəyir
Oğlan yalvaran gözlərində sanki şeytan bəsləyir
Boş sözlər, qan dolmuş gözlər, baxışlar narazı
Gülləri yerə atan əllər indi boğur qızı

Öldürdü yenə sevgilisinə oxşatdığı insanı
Yenə 8 mart və yenə növbəti qurban
Qəzetlərdəki elan, hamıda qorxu hissləri
Bu 13-cü qətl, bəlkə də, lənət izləyir
Oğlan axtarırdı, sonunda, hər şey ortada
Həyatını qumara qoymuş insan kimi uduzub kartda
Və 8 martda yenə 13 il əvvələ qayıtdı
Bir az ağladı, xatirələrini göz yaşlarına tanıtdı
"O qız mənim illər öncə itirdiyim sevgilim deyildi
Bu, yenə o deyildi" - oğlan öz-özünə deyindi
Barmağını kəsib qanla divara yazdığı 2 rəqəm:
8 və 13, sanki lənət, cəhənnəm
Credits

About “8 Mart” by Okaber

Read the complete lyrics to "8 Mart" by Okaber from the album "Başlıqsız Sətirlər" in 2011. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijani Rap, Rap.

"8 Mart" is performed by Okaber. from the album "Başlıqsız Sətirlər" in 2011 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "8 Mart", explore more songs by Okaber using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Okaber · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"8 Mart" is credited to Okaber. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"8 Mart" appears on "Başlıqsız Sətirlər" in 2011.

Visit the Okaber artist page at /artist/okaber for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.