Lyrks
Lyrks
Lyrks
Cover Art

Atalar Və Oğullar Lyrics by Orkhan Zeynalli

2019

[Bənd 1: Orkhan Zeynalli]
Salam, oğul, çoxdandır görüşmürük
Çayın soyumamış götür, nə verim, şəkər, yoxsa qənd?
Buranın havası, yəqin, bir az ağır sənə
Bir-iki gün də qal, sonra düzün de, şəhər, yoxsa kənd?
Burada keçib uşaqlığın, yaxşı-pis böyütdüm səni
Səmimi de, dadmısan heç burada zəhər, yoxsa qəm?
Bir qarış çörək, ən əsası halal zəhmətlə
Hər bir qonşu, qohum adımı çəkir hörmətlə
Sənin atan olmaq - ayağıma uzun yorğan elə bil
İnan, çox qaldım şərəf, pul, seçim arasında
Bəlkə düz deyirdin, bəlkə doğrudan elədir
Yəqin, mənəm günahkar ki, oğlum yetim anasından
Bu əllər bilmir - nədir oğurluq, nədir namərd hərəkəti
Amma səni hər ehtiyac içində görəndə qanadım əyilir
Qiblə adlandırdığım qazancların yox bərəkəti
Sanki o kişinin şəkli ilə bir getdi manatın dəyəri
Sabahı düşün, oğul, necə bir nəsil yetişər
Bugünkü gəncliyin xəmirini pul yoğursa?
Cəmiyyət xətrinə ailə, qohumlar xətrinə övlad
Atalar aciz qalacaq, bir gün oğullar qul doğulsa
[Nəqərat: Nazryn]
Sənin əlin əlimdədir, sənə hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata
Sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata
Bağışla, mən böyüdüm...
Sənin əlin əlimdədir, sənə hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata
Sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata
Bağışla, mən böyüdüm...
[Bənd 2: Orkhan Zeynalli]
Salam, ata, görməyəli heç dəyişmədin
Çayım qoy soyusun, isti günlər xatirəsinə
Başa düş, rahatlığa fərq etmir şəhər, yoxsa kənd
Həyatın şirinliyinə təsir etmir şəkər, yoxsa qənd
Böyütdün, razıyam, amma öyrətmədin məğzi ki
Bu dünyada gözdən sala bilər hamını bir səhv
Öyrətmədin əsas qanunu, əsas dərsi ki
Bu həyatda ya sən, ya səni, ya da hamını kimsə
Halal zəhmət, pul niyə? - Cənnətə getmək üçün
Başqaları yığır altına, cənnətini tikmək üçün
Vitrində oyuncağa baxan övladın yanında sıxılmaq
Ədalət boş şeydir, yoxsa yanında sıfırlar
Bu dörd divardan kənardakı hörmət gərəksizdir
Əgər bu dörd divarın içində həyat yerlə-yeksan
Düzün de, çirkli pulla xəstə anamı xilas etmək?
Yoxsa təmiz pulla dəfn edib ona vermək ehsan?
Bəlkə də, demək asan, bilirəm, sənə də çətindir
Niyə isə yaxşı insan olmağı sənətə çevirdin
Həyatın sahibi olmaq, içim alışıb onla indi
Eybi yox, deməsinlər gedəndən sonra "Heyif, yaxşı oğlan idi..."
[Nəqərat: Nazryn]
Sənin əlin əlimdədir, sənə hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata
Sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata
Bağışla, mən böyüdüm...
Sənin əlin əlimdədir, sənə hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata
Sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata
Bağışla, mən böyüdüm...

About “Atalar Və Oğullar” by Orkhan Zeynalli

Read the complete lyrics to "Atalar Və Oğullar" by Orkhan Zeynalli in 2019. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijani Rap, Rap.

"Atalar Və Oğullar" is performed by Orkhan Zeynalli. in 2019 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Atalar Və Oğullar", explore more songs by Orkhan Zeynalli using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Orkhan Zeynalli · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Atalar Və Oğullar" is credited to Orkhan Zeynalli. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Atalar Və Oğullar" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Orkhan Zeynalli artist page at /artist/orkhan-zeynalli for biography, popular tracks, and links to more lyric pages.