Lyrks
Lyrks
Lyrks
Cover Art

Gəl Gedək (Live) Lyrics by Orkhan Zeynalli

“40-cı Paralel Konserti” (Live Version)

2023

[Bənd 1]
Gəl gedək, ulduzlar rəqs edər bizimçün orada
Gəl gedək ayaqyalın mavi dəniz sahilində
Gəl gedək, orada insanlar yoxdur, deməli, yoxdur dərd
Gəl gedək, əlimdən bərk yapış, gəl gedək
Gəl gedək, orada çiçəklər və göyərçinlər
Gəl gedək, sərin sulu bulaq, yaşıl çəmənliklər
Gəl gedək, at bu qaranlıq şəhəri bir dəfəlik
Gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək
Gəl gedək, əbədi yaz küləkləriylə bizə qonaq gələr
Günəş saçar, saçaqlarıyla saçlarını darar, hörər
Bəyaz atlar isti qumlarda gəzdirər bizi
Sonsuz meşə öz içində azdırar bizi
Gözləyər bizi sərin kölgəsiylə uca çinar
Gəl gedək, meyvə bağlarında, ağaclarda bar
Gəl gedək, orada qayalarda ceyranlar qaçır
Hava təmiz, hər tərəf işıq, səma açıq
Gəl gedək, orada yoxdur yorulmaq və ağrımaq
İstəsən də, bacarmazsan orada ağlamaq
Gəl gedək, buludlar töksün hərdən şirin yağış
Sanki rəssam əliylə çəkilib orada hər qarış
Saatlarla dinləyək dalğaların səsin
Sahildə bizdən başqa ayaq izi yox heç kəsin
Yuxu kimi hər bağça doludur əlvan ətirlərlə
Gəl gedək, gəzdirim səni sehrli nağıllarda
[Nəqərat]
Apar məni
Sıxır bu qara şəhər məni
Sahilə çırpınır dalğalar
Bezmişəm, canım
Apar buralardan məni uzaqlara
Qar məni yandırır, titrədir ocaqlar
Qapısı bağlı boş otaqda
Qalmışam, canım
Apar buralardan məni uzaqlara
[Bənd 2]
Qaranlığıma xoş gəldin, şəhərə qış gəldi
Vəhşilər yarımadası büründü əbədi zülmətə
Hər küçənin öz ağrısı var, gözünə yaş gəldi
Daş binalar heç oxşamır rəngarəng cənnətə
Burada sevgi imkansız, azadlıq zindansız
Mümkün olmur burada, çünki insanlar çox vicdansız
Hər baxış da sərt baxışdır, hamının içini qurd yeyir
Çürümüş ürəklər şəhəri düzələ bilməz üsyansız
Gəl gedək yaxşılar ölkəsinə, orada yoxdur dərd
Gəl gedək, varlı, kasıb eyni, heç kəs olmur pərt
Gəl gedək, buludların içində tapaq o ölkəni
Gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək
Gəl gedək, orada insanlar yalan danışmır
Hər kəs öz işində, heç kəs heç kəsin işinə qarışmır
Yoxdur padşahlar, yoxdur nökərlər, yoxdur cinayət
Gəl gedək, orada yox rüşvət və xəyanət
Danışır eyni dildə hamı, yoxdur millətlər
Hər kəs eyni, yoxdur fərqli dinlər
Heç kəs orada tutmaz səndə eybi
Yoxdur paxıllıq və oğurluq, yoxdur içkilər
Yox qumar, yox söyüş, zəhərli bitkilər
Gəl gedək, qaranlıq şəhərin tüstülərində
Boğulmaqdansa, yataq cənnət istilərində
Körpə uşaqlar kimi, zərif, incə sətirlərdə
Gəl gedək, gəzdirim səni sehrli nağıllarda
[Nəqərat]
Apar məni
Sıxır bu qara şəhər məni
Sahilə çırpınır dalğalar
Bezmişəm, canım
Apar buralardan məni uzaqlara
Qar məni yandırır, titrədir ocaqlar
Qapısı bağlı boş otaqda
Qalmışam, canım
Apar buralardan məni uzaqlara
Apar məni
Sıxır bu qara şəhər məni
Sahilə çırpınır dalğalar
Bezmişəm, canım
Apar buralardan məni uzaqlara
Qar məni yandırır, titrədir ocaqlar
Qapısı bağlı boş otaqda
Qalmışam, canım
Apar buralardan məni uzaqlara
Apar məni
(Sıxır bu qara şəhər məni)
(Sahilə çırpınır dalğalar)
(Bezmişəm, canım)
(Apar buralardan məni uzaqlara)
Qar məni yandırır, titrədir ocaqlar
Qapısı bağlı boş otaqda
Qalmışam, canım
Apar buralardan məni uzaqlara...

About “Gəl Gedək (Live)” by Orkhan Zeynalli

Read the complete lyrics to "Gəl Gedək (Live)" by Orkhan Zeynalli from the album "“40-cı Paralel Konserti” (Live Version)" in 2023. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijani Rap, Rap.

"Gəl Gedək (Live)" is performed by Orkhan Zeynalli. from the album "“40-cı Paralel Konserti” (Live Version)" in 2023 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Gəl Gedək (Live)", explore more songs by Orkhan Zeynalli using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Orkhan Zeynalli · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Gəl Gedək (Live)" is credited to Orkhan Zeynalli. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Gəl Gedək (Live)" appears on "“40-cı Paralel Konserti” (Live Version)" in 2023.

Visit the Orkhan Zeynalli artist page at /artist/orkhan-zeynalli for biography, popular tracks, and links to more lyric pages.