Lyrks
Lyrks
Cover Art

Hekayəm (Live) Lyrics by Orkhan Zeynalli

“40-cı Paralel Konserti” (Live Version)

2023

[Bənd 1]
2003-cü ilin dekabrı - tanışlıq vaxtları
Gözlərimiz bir-birimizdə tanışlıq axtarır
Bir az cəsarətsizlik, yəqin, bir az uşaqlıq
İlk gündə sadəcə baxışlarla özümü saxladım

Göndərdim məktub, cavab gələrmi, görəsən?
Düşünürdüm, necə yazım ki, dərhal sevəsən
Amma o vaxt indikitək dolğun yazmırdım heç
Yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec

Uşaqlıq, şirin günlər, beləcə keçir illər
Ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər
Bayramları gözləmək və hədiyyələr toplusu
Hər dəfə gecikəndə sən səni itirmək qorxusu

İlk sevgi etirafı... Yadımda dünənkitək
Cavabı gec verdin, yəqin, dözər, deyirdin
Bilsəydim, necə sənlə dayanardım həminkitək
Həm də ki o vaxt Bulvar bu cür gözəl deyildi

[Nəqərat]
Yenə sən getdin
Yenə tək qaldım
Sənə olan sevgimdən bu gün son
Mahnını yazdım

Yenə sən getdin
Yenə tək qaldım
Sənə olan sevgimdən bu gün son
Mahnını yazdım

[Bənd 2]
Səni sevərdim, əbədi ölüm olmasaydı
Amma əbədilik xoşbəxtliyə vermir zəmanət
Dünyanı tanımazdım, doğum günüm olmasaydı
Həyatın bəxş etdiyi hər saniyə mənə əmanət

Noyabr, 2006 - ömürlük yadda qaldı
Həyatı dərk etmək bəhanəsi ilə edilən səhv
Uzaqlaşdıq bir-birimizdən əriyən aysberq tək
Sonra barışanda ayrılmamağa verirdi vəd

İçimdə o dövrdə yaradıcılıq yarandı
Dostlarla yığışmaq, ev, rep, H.O.S.T yarandı
Problem yaranırdı, səbəb buna pis baxmağın
Yadımda YUG-da əlimdən tutub səhnəyə çıxmağın

“Bir H.O.S.T-çunun həyatı”nda bəzi sözlər sənə tanış
2009, fevral, 21-i, soyuq qış
Hamı yeni mahnı eşqi ilə sakit dinləyəndə
Mən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış

[Nəqərat]
Yenə sən getdin
Yenə tək qaldım
Sənə olan sevgimdən bu gün son
Mahnını yazdım

Yеnə sən getdin
Yenə tək qaldım
Sənə olan sevgimdən bu gün son
Mahnını yazdım

[Bənd 3]
Çoxu bilmir, “track”lərimin hansı sənə aiddir
Nə də ki bilmirdilər, AiD o vaxt kimə aiddir
Hərdən bağışlamıram sənə o addımını
Tulladığın məktublar uşaqlığımıza aiddir

Vaxt kеçdikcə münasibətlər ciddiləşdi
Mentalitet araya girdi, hər şey sadələşdi
Amma səni həm də buna görə çox sevirdim ki
Mənalı şeyləri mənasızdan ayırırdın

2010-a birgə girdik o sevgi dolu səhərlə
Yadıma düşdükcə içim dolur qəhərlə
Niyə axı hər saniyəmiz keçmirdi bizim o cür?
Niyə axı böyüdükcə mən içim dolur qəhərlə?

Layiqli soyuqluğunu gizlətdi mərhəmətin
Düşündüm, ayrı qalsaq, artar məhəbbətin
Amma ki səni uzağa aparan o təyyarə
Yəqin ki, əsas səbəbkarı indiki söhbətin

Bəlkə bu ritualdır - ayrılıqdan yazmaq
Axı çox insan bu cür mahnılarla nəfəs alır
Gözünün yaşını sil, istəmirəm kefini pozmaq
Yaşamaq üçün çox adam gülüşlərindən həvəs alır

Sevgi okeanında artıq sən adlı gəmim yox
Bil ki, sevgim olar xatirə, qəmim yox
Çətin yox, çox sadədir sonu bu əsərin
Sadəcə bir qız ...

[Nəqərat]
Yenə sən getdin
(Yenə tək qaldım)
(Sənə olan sevgimdən bu gün son)
(Mahnını yazdım)

(Yenə sən getdin)
(Yenə tək qaldım)
(Sənə olan sevgimdən bu gün son)
(Mahnını yazdım)

Yenə sən getdin
Yenə tək qaldım
Sənə olan sevgimdən bu gün son
Mahnını yazdım

Yenə sən getdin
Yenə tək qaldım
Sənə olan sevgimdən bu gün son
Mahnını yazdım

About “Hekayəm (Live)” by Orkhan Zeynalli

Read the complete lyrics to "Hekayəm (Live)" by Orkhan Zeynalli from the album "“40-cı Paralel Konserti” (Live Version)" in 2023. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijani Pop, Rap.

"Hekayəm (Live)" is performed by Orkhan Zeynalli. from the album "“40-cı Paralel Konserti” (Live Version)" in 2023 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Hekayəm (Live)", explore more songs by Orkhan Zeynalli using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Orkhan Zeynalli · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Hekayəm (Live)" is credited to Orkhan Zeynalli. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Hekayəm (Live)" appears on "“40-cı Paralel Konserti” (Live Version)" in 2023.

Visit the Orkhan Zeynalli artist page at /artist/orkhan-zeynalli for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.