Lyrks
Lyrks
Lyrks
Cover Art

Aman Ayrılıq Lyrics by Pranga

Qırmızı

2023

[Bənd 1]
Biz ki heç qovuşmadıq
Sol yanımda xatirən heç zaman sovuşmadı
Səni ağlatmaq istəsəm, asanlıqla deyərdim ki
Bircə dəfə sənsiz nələr çəkdiyimi soruş, qadın
İndi uzaqlardasan, öz də çox uzaqda
Bilmirəm ki, hansı ev, ya da ki hansı qucaqda
Qəribə idi, bir zaman saçlarıyla sevişdiyim bir qadını
İndi yalnız sevə bilirəm uzaqdan
Sən indi o günlərin, mən isə sənin özləmində
Boş ümidlə qələmi qardaş edib özümə gözlədim də
Necə də ağrıdırdı sənin zərafətli baxışlarını
Axtaranda başqa-başqa qadınların gözlərində
Gələcəm, əgər yoxluğunda yolumu azıb itməsəm
Bəlkə şair olmaz idi, Cavid əgər getməsə
Öldürəndə son istəyin nədir deyə soruşsan
Yenə deyərəm – ‘’Yalvarıram, balaca qız, getmə sən”
[Nəqərat]
Birgə getdiyimiz yolda indi ayrı qayıdırıq
Yadigarın olan memuar dünən oldu qırıq-qırıq
Bu vəziyyətdə nə sən, nə mən, nə də ki tale günahkar
Təkcə yanaraq hər gecə deyirik aman ayrılıq
Birgə getdiyimiz yolda indi ayrı qayıdırıq
Yadigarın olan memuar dünən oldu qırıq-qırıq
Bu vəziyyətdə nə sən, nə mən, nə də ki tale günahkar
Təkcə yanaraq hər gecə deyirik aman ayrılıq
[Bənd 2]
Payızla gəlmiş idin, sən yağışın qızı idin
Qayğısızca əsib keçən uşaqlığımın izi idin
Yan-yana olanda da o qədər uzaq idik ki
Sanki sən Xəzər, mən isə Təbriz idim
Ya da ki mənəm dəniz, boş və tənha sahilim
İndi qoy qucaqlayım, xəyalındır müsafirim
İlhamı idin şairin və yeganə Tanrısı idin
Özünə belə inanmayan bu ən qatı kafirin
Səndən əsrlər keçir, qocalmışsan xeyli sən
Sən Füzuli gözündə qara zülfü-Leylisən
‘’Senorita Milena’’, Frans Kafka, mən
Bapbalaca bir qızın eşqə olan meylisən
[Nəqərat]
Birgə getdiyimiz yolda indi ayrı qayıdırıq
Yadigarın olan memuar dünən oldu qırıq-qırıq
Bu vəziyyətdə nə sən, nə mən, nə də ki tale günahkar
Təkcə yanaraq hər gecə deyirik aman ayrılıq
Birgə getdiyimiz yolda indi ayrı qayıdırıq
Yadigarın olan memuar dünən oldu qırıq-qırıq
Bu vəziyyətdə nə sən, nə mən, nə də ki tale günahkar
Təkcə yanaraq hər gecə dеyirik aman ayrılıq
Birgə getdiyimiz yolda indi ayrı qayıdırıq
Yadigarın olan memuar...
Credits

About “Aman Ayrılıq” by Pranga

Read the complete lyrics to "Aman Ayrılıq" by Pranga from the album "Qırmızı" in 2023. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijani Rap, Rap.

"Aman Ayrılıq" is performed by Pranga. from the album "Qırmızı" in 2023 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Aman Ayrılıq", explore more songs by Pranga using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Pranga · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Aman Ayrılıq" is credited to Pranga. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Aman Ayrılıq" appears on "Qırmızı" in 2023.

Visit the Pranga artist page at /artist/pranga for biography, popular tracks, and links to more lyric pages.