Lyrks
Lyrks
Lyrks
Cover Art

Mücrü Lyrics by PRoMete

2015

[Bənd 1: PRoMete]
Həyatımız doludur tərs mütənasiblərlə
Saniyələr uzun gəlir, ömür qısa hərdən
Hər dəfə açanda bu toz basmış mücrünü
Göz yaşlarıyla bacara bilmir o heç cürə
Bu dəfə də açanda topladı var gücünü
İki saniyə sonra iki göz yaşı düşdü yerə
Parçalanır ürəyi xatırlandıqca olanlar
Gah soyuq tər gəlir, gah da əsir dizləri
Sanki elə indi oldu bütün həmin o anlar
İllər quş kimi uçdu, amma itmir izləri
Nə etməli? İndi nə etsə də, artıq gecdir
Yara var ki, közü qopub düşsə də, ağrısı keçmir
Düşünür ki, danışsın kiməsə, baxır şəkillərə
Anlayır ki, indi ən böyük addım belə heçdir
Bir əlində illərdir içə bilmədiyi iki həb
O birində mücrü, içində qəzetlərdən şəkillər
Çıxarır qızın şəkilin yapışdırır titrəyən dodaqlarına
Deyir "bağışla…" və donur fəsillər
[Nəqərat: Nara White]
Həyat nə qədər amansız
O qədər dost bizə
İllərlə üz-üzə
Verməz yaxşını yamansız
Kədəri sevincə qoşar
Gecəni gündüzə
[Bənd 2: PRoMete]
Ən sevimli yerləri idi bu çinarın altı
Onlar burada görüşdüsə, dünyada hər şey yalan
İki gün görüşmək alınmasa, ürəyi tutur ağrı
Bir-birindən ayrılıqda həyat darıxdırıcı yaman
Məmurun qızı sevir fəhlə oğlun, hah, qəribədir
İnsanların pula görə fərqlənməsi bu qıza çatmır
Ata sadə adamdır, amma istəmir fəhlə oğlun
Qızını xəbərdar edir bir neçə dəfə, amma bu qıza batmır
Bu həyat hərdən səni əzizləyən dost, hərdən düşmən
Əl-ələ tutanda uçur vaxt, ayrılıqda ötüşməz
Sonuncu görüşdə gələcəkdən danışıb mübahisə edirlər
Bilmədən ki bu çinar bu cütlüklə bir də görüşməz
Kəsilir görüşlər, zənglər, evdə atası yoxa çıxır
Qız telefonuna gələn hər zəngə həyəcanla baxır
Günlərin birində, nəhayət, zəng edir oğlanın anası
Deyir ki, atanın sürücüsü oğlumuzun axırına çıxıb
[Nəqərat: Nara White]
Həyat nə qədər amansız
O qədər dost bizə
İllərlə üz-üzə
Verməz yaxşını yamansız
Kədəri sevincə qoşar
Gecəni gündüzə
[Bənd 3: PRoMete]
İndi yadına düşəndə ki ona görə dağılıb ailə
Dolur gözləri, sıxılır ürəyi, daralır aləm
Onun ani diqqətsizliyi, məhv etdi bir piyadanı
Təsadüf nəticəsində alındı qapalı dairə
Aldığı ömür rəisinin qızının sevgilisi idi
Ailənin içində bu məsələ bir az mübahisəli idi
İndiyə kimi xatırlayır, rəis onun dalınca gələndə
Həyəcandan bölmədə necə ayaq üstə titrəyirdi
Bircə kəlmə dedi – “Sən neynədin?” və çıxıb getdi
Elə bil bu sözlərlə birdən zaman axıb getdi
Qızını inandıra bilməyəcəyindən qorxub kənarda durdu
Qız da özünə qıydı, başına güllə çaxıb getdi
Qəzetləri izlədi bu hadisələrdən sonra sürücü
Həyatı həbsə bağlandı, illəri keçdi üzücü
Özünü bağışlaya bilmədi bu illər ərzində o
İki zəhərli həb aldı, amma udmağa çatmadı gücü
[Nəqərat: Nara White]
Həyat nə qədər amansız
O qədər dost bizə
İllərlə üz-üzə
Verməz yaxşını yamansız
Kədəri sevincə qoşar
Gecəni gündüzə
[Bənd 4: PRoMete]
Həyatımız doludur tərs mütənasiblərlə
Saniyələr uzun gəlir, ömür qısa hərdən
Xeyirli planla qurduğumuz işlər illərlə
Əksimizə çevrilə də bilir ani hadisədən
Kimik biz? Samanlıqda iynə, yoxsa maqnit?
Coşqun dağ çayı, yoxsa gömgöy göl - sakit?
Böyüklüyün fərqi yoxdur, əsas düzgün yaşamaqdır
Unutma, pambıq tayasın məhv edə bilir bir kibrit
Credits

About “Mücrü” by PRoMete

Read the complete lyrics to "Mücrü" by PRoMete in 2015. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap, Azerbaijani Rap.

"Mücrü" is performed by PRoMete. in 2015 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Mücrü", explore more songs by PRoMete using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for PRoMete · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Mücrü" is credited to PRoMete. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Mücrü" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the PRoMete artist page at /artist/promete for biography, popular tracks, and links to more lyric pages.