Lyrks
Lyrks
Lyrks
Cover Art

Popurri: Məşədi Ibadın Mahnısı, Haralısan, Dolanaram Başına Lyrics by Safa Eldar

2016

[Bənd 1]
Mən nə qədər, nə qədər qoca olsam da
Dəyərəm min cavana
Çörəyi yemərəm mən yavana
Yaxşı demərəm mən yamana
Qurban edərəm mən canana
Malımı, pulumu, canımı mən
[Nəqərat]
Gəl, xanım, gəl yanıma
Gəl, canım, gəl yanıma
Gəl, mən ölüm, mən ölüm, mən ölüm
Gəl, mən ölüm, mən ölüm, mən ölüm, gəl
[Bənd 2]
Ay quzum, gəl yanıma
Canımı verərəm mən yoluna
Qurban edərəm mən canana
Malımı, pulumu, canımı mən
[Bənd 3]
Mən nə qədər, nə qədər qoca olsam da
Dəyərəm min cavana
Çörəyi yemərəm mən yavana
Yaxşı demərəm mən yamana
Qurban edərəm mən canana
Malımı, pulumu, canımı mən
[Nəqərat]
Gəl, xanım, gəl yanıma
Gəl, canım, gəl yanıma
Gəl, mən ölüm, mən ölüm, mən ölüm
Gəl, mən ölüm, mən ölüm, mən ölüm, gəl
[Bənd 4]
Ay quzum, gəl yanıma
Canımı verərəm mən yoluna
Qurban edərəm mən canana
Malımı, pulumu, canımı mən
[Bənd 5]
A gözəl, haralısan, yar, haralısan?
Qaşları qaralısan, yar, haralısan?
A gözəl, haralısan, yar, haralısan?
Qaşları qaralısan, yar, haralısan?
[Nəqərat]
Gözlərindən tanıram, sən Bakının maralısan
Bakının maralısan, yar, haralısan?
Gözlərindən tanıram, sən Bakının maralısan
Bakının maralısan, yar, haralısan?
[Bənd 6]
Su gələr, arxa nə var? Dolanar, çarxa nə var?
Səni mən, yar, sevirəm, yar, səni mən sevirəm
Bilmirəm xalxa nə var, yar, haralısan?
Su gələr, arxa nə var? Dolanar, çarxa nə var?
Səni mən, yar, sevirəm, yar, səni mən sevirəm
Bilmirəm xalxa nə var, yar, haralısan?
Başında ağ şalı var, yanağında xalı var
Özü ceyran balası, yar, haralısan?
[Nəqərat]
Gözlərindən tanıram, sən Bakının maralısan
Bakının maralısan, yar, haralısan?
Gözlərindən tanıram, sən Bakının maralısan
Bakının maralısan, yar, haralısan?
[Bənd 7]
Maral qaçar dağ üstə
Bülbül uçar bağ üstə
Maral qaçar dağ üstə
Bülbül uçar bağ üstə
Niyə məndən küsürsən?
Dağ çəkirsən dağ üstə
Niyə məndən küsürsən?
Dağ çəkirsən dağ üstə
Getmə, getmə, maralım
Nə ki, dərdin var alım
Gözünə düz baxmasam
Gözlərimdən saralım
[Nəqərat]
Sev ki, sevən mərd olar
Sevməyən namərd olar
Sev ki, sevən mərd olar
Sevməyən namərd olar
Sevərsən, ayrılarsan
Bax, bu yaman dərd olar
Sevərsən, ayrılarsan
Bax, bu yaman dərd olar
Sevgilini sınama
Sınayırsan, qınama
Dolanaram başına
Gəlin olsan anama
Sevgilini sınama
Sınayırsan, qınama
Dolanaram başına
Gəlin olsan anama
[Bənd 8]
Sənə könül bağladım
Çaylar kimi çağladım
Sənə könül bağladım
Çaylar kimi çağladım
Mən səni bir duyğutək
Ürəyimdə saxladım
Mən səni bir duyğutək
Ürəyimdə saxladım
Qoşa xalın zil qara
Kipriyində mil qara
İnanmasan eşqimə
And içərəm ilqara
Sözün mənə dərd olar
Rəqibə rişxənd olar
Sözün mənə dərd olar
Rəqibə rişxənd olar
Bülbül də gül bağında
Bircə gülə bənd olar
Bülbül də gül bağında
Bircə gülə bənd olar
[Çıxış]
Sevgilini sınama
Sınayırsan, qınama
Dolanaram başına
Özgə sözə inanma
Sevgilini sınama
Sınayırsan, qınama
Dolanaram başına
Özgə sözə inanma
Credits

About “Popurri: Məşədi Ibadın Mahnısı, Haralısan, Dolanaram Başına” by Safa Eldar

Read the complete lyrics to "Popurri: Məşədi Ibadın Mahnısı, Haralısan, Dolanaram Başına" by Safa Eldar in 2016. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijan, Pop.

"Popurri: Məşədi Ibadın Mahnısı, Haralısan, Dolanaram Başına" is performed by Safa Eldar. in 2016 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Popurri: Məşədi Ibadın Mahnısı, Haralısan, Dolanaram Başına", explore more songs by Safa Eldar using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Safa Eldar · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Popurri: Məşədi Ibadın Mahnısı, Haralısan, Dolanaram Başına" is credited to Safa Eldar. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Popurri: Məşədi Ibadın Mahnısı, Haralısan, Dolanaram Başına" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Safa Eldar artist page at /artist/safa-eldar for biography, popular tracks, and links to more lyric pages.