Lyrks
Lyrks
Lyrks
Cover Art

Səmalara Toxunaq Lyrics by The Muraz [AZ]

2021

[Bənd 1]
Səmalara bax, yanır göydə bir ulduz səssiz
O ulduz mənəm, ah, kül olanadək yanıram sənsiz
Yaxınlar uzaq görünür mənə sən olmayanda yanımda
Yadımda, sənin hər zərrən yadımda
Öpüşün buzları əridir, inan, o möcüzə yaradır
Sevişək, sevməyənlərə inad, bu sanki bir odadır
Hisslərimizin əsəri
Bunun yoxdur bir tayı, bənzəri
Sevgi tanrının şahəsəri
Onu inkar edən özünü aldadır
Saçların qoxlamaq, ətri dəli edir adamı
Sübhə qədər yatmamaq, necə yormazmış insanı
Bəsdir, bəsdir, bəsdir
Hamı deyir mənə - sevgi özünə qəsddir
Necə toxunuş nəfəsimi kəsdi
Elə kəsərəm ipini bütün dünyanın
[Nəqərat]
Gəl, gəl, gəl, səmalara toxunaq, sevişib yenə dəlilər kimi
Yox əngəl, gecə, bir də dolunay, evimiz ayrılana kimi
Hüsnünə uduzar zülmət
Mənə sənin olduğun hər yer cənnət
Gəl, gəl, gəl, səmalara toxunaq, sevişib yenə dəlilər kimi
Yox əngəl, gecə, bir də dolunay, evimiz ayrılana kimi
Hüsnünə uduzar zülmət
Mənə sənin olduğun hər yer cənnət
(Gəl...)
[Bənd 2]
Yox daha yol geri
Bəlkə də heç deyil bunun zamanı, nə yeri
Amma səni gördüyüm andan bəri mən
Bir şeyi dərk eləmişəm, sənin yanındadır mənim yerim
Yəni, belə uzaq olma mənə, bir az olaq yanaşı
Yanaşı olmaq biz ikimizə yaraşır
İnsanların fikri mənim vecimə də deyil
Bir az ulduzları dinlə, onlar bizdən danışır
Hətta səmalarda hamı bilir bunu
Dəyişmək olmaz taleyin hazırladığı sonu
Sən mənim alnıma yazılmısan bir dəfəlik, anla
Bir başqa ssenari varsa beynində, onu unut
Gözlərini yum...
Xəyalında görüşərik səninlə
Gözləyəcəm hər an həyəcan ilə
Uçmaq üçün hər şey hazır, vaxt azalır
Qorxmaq vaxtı deyil, cəsrət elə
[Keçid]
Səmalara toxunaq
Gecə, bir də dolunay
Səmalara toxunaq
Gecə, bir də dolunay
[Nəqərat]
Gəl, gəl, gəl, səmalara toxunaq, sevişib yenə dəlilər kimi
Yox əngəl, gecə, bir də dolunay, evimiz ayrılana kimi
Hüsnünə uduzar zülmət
Mənə sənin olduğun hər yer cənnət
Gəl...

About “Səmalara Toxunaq” by The Muraz [AZ]

Read the complete lyrics to "Səmalara Toxunaq" by The Muraz [AZ] in 2021. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijan, Pop.

"Səmalara Toxunaq" is performed by The Muraz [AZ]. in 2021 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Səmalara Toxunaq", explore more songs by The Muraz [AZ] using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for The Muraz [AZ] · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Səmalara Toxunaq" is credited to The Muraz [AZ]. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Səmalara Toxunaq" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the The Muraz [AZ] artist page at /artist/the-muraz-az for biography, popular tracks, and links to more lyric pages.