Lyrks
Lyrks
Lyrks
Cover Art

Alo Lyrics by Tibu KM

2018

[Bənd 1]
Alo… Darıxmışam dəhşət, yox idin həftələr
Ürəyim sıxılır bu ara, alınan qərarı yazırdım dəftərə
Təəssüf, bu qara gözünün yaşını başqa əllər silirsə
Alınan deyil! Sən ki, bunu məndən yaxşı bilirsən
Alo… Narahat etmirəm?
Bilsəm, narahat etmərəm
İstə, heç hara getmərəm
Sənsiz belə nahara getmirəm
Yox, yox, zarafat etmirəm
Sən qorxduğun o hala getmirəm
Mən səninlə payıza öldüm
Ona görə qışa, bahara getmirəm
Bu adi baxış deyil, bu gözlər mənim üçün ölürdülər
Bu yağan yağış deyil, bu illərin dərdini tökürdülər
Mənə bəd xəbərlərlə dönürdülər
Səni başqalarla bir görürdülər
Məni çaşdırırdı bu görüntülər
Mən çox çəkirdim ki, ölüm yenə
Bu xatirələr ölür yerə, mən 4 divarda tək özüm ilə
Demə ki, hisslərin ölüb yenə
Məni sevirsənsə, nə olar düzün denən
Ağrılar yamandır gecə, düşündüm ki, zamanla keçər
Unutmuram! Zaman da keçir
Məni almasan da vecə…
[Nəqərat]
Alo... Mən qəm-qüssəli, hələ dərd üstəlik!
Alo... Yazıram-pozuram, vərəqlər göylərə dərd göstərir!
Alo... Səhv gözlədim... Qəlbinə dəyirdi sərt sözlərim!
Alo... Hər zərrəsinə belə qurban olduğum nəm gözləri!
Alo... Mən qəm-qüssəli, hələ dərd üstəlik!
Alo... Yazıram-pozuram, vərəqlər göylərə dərd göstərir!
Alo... Səhv gözlədim... Qəlbinə dəyirdi sərt sözlərim!
Alo... Hər zərrəsinə belə qurban olduğum nəm gözləri!
[Bənd 2]
Alo… Eşidirəm səni, sən məni əsir edibsən
Sən məni illərdir duymadan, uymadan necə məni təsvir edirsən?
Sənin şəkillərində qadın ruhu məni əgər təslim edirsə
Mənim deyilsən, amma sən mənə təsir edirsən
Alo?! Yığma, nə olar, qollar titrəyir, vururdu siyirməyə
Sən sanki ömürlük məhbus, sona qədər mən gözləyə bilmərəm
İllər necə tez keçir, sən üzüyümdəki kədər daşımsan
Sən mənim ilk sevgim, sən sanki mənim 17 yaşımsan
Alo?! Sabah neynirsən? Mütləq görüşək güc ilə dözürəm
Mən özüm özümə yalvarıram ki, gəlim özümə
Nəm qara gözümə gəlirsən, hər gün necə dözüm mən?
Mənim ürəyim səndədir, sabah gələndə onu gətir özünlə
Alo... Uzundu yollar
Hər tində gördüyüm döngədə səhv var
Alo... Dərk elə nə olar
Bu nağılın sonunda neçə dərd var
Alo... Əsirdi qollar
Dağıtdığım otaqda nə qədər rəf var
Sənə aldığım boyunbağında da
Sənin baş hərfini daşıyan hərf var!
[Nəqərat]
Alo... Mən qəm-qüssəli, hələ dərd üstəlik!
Alo... Yazıram-pozuram, vərəqlər göylərə dərd göstərir!
Alo... Səhv gözlədim... Qəlbinə dəyirdi sərt sözlərim!
Alo... Hər zərrəsinə belə qurban olduğum nəm gözləri!
Alo... Mən qəm-qüssəli, hələ dərd üstəlik!
Alo... Yazıram-pozuram, vərəqlər göylərə dərd göstərir!
Alo... Səhv gözlədim... Qəlbinə dəyirdi sərt sözlərim!
Alo... Hər zərrəsinə belə qurban olduğum nəm gözləri!
Credits

About “Alo” by Tibu KM

Read the complete lyrics to "Alo" by Tibu KM in 2018. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Alo" is performed by Tibu KM. in 2018 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Alo", explore more songs by Tibu KM using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Tibu KM · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Alo" is credited to Tibu KM. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Alo" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Tibu KM artist page at /artist/tibu-km for biography, popular tracks, and links to more lyric pages.