Lyrks
Lyrks
Lyrks
Cover Art

Bu Replə Qayıtdım Lyrics by Uran

2022

[Bənd 1: Cherep]
Bizim “Anbar” dəyərlərini çökdürə bilmədi dolların məzənnəsi
Çünki sidq qəlbləri bulandırır yaşıl kağız fəlsəfəsi
Klassik “N.W.A.” sound
Bizim pəncərələrdən sönmür
Dostum, saxla yadında
Əsl istedad heç zaman acından ölmür
Qardaşıma, oğluma sonsuz sevgi
“Göylər hər zaman tərəfimdədir” adlı dəli əminlik hissi
Gölməçələrin əksində hirsli körpü tıxacları
Fikir, əsəb və müqayisə təhlili o vaxtların
Bakı haqqında uşaqlıq nağıllarım
Köhnə “Montin” uşaqları - indi birlik ölkələrinin vətəndaşları
Yasamal “brodyaqaları”, tikinti sahibkarları
Köhnə boksçular da tikir neft-qaz terminalını
[Nəqərat: Uran]
Ey həyat, sənin burulğanın bizi atır uzağa
Xatirələr şirin, izləri dərin həmin uşağam
Sağlıq olsun, görüşüb bölüşərik, yaman darıxdım
Aradakı məsafələr boş şey
Bu replə sanki qayıtdım o günlərə!
[Bənd 2: Uran]
O vaxtlar ayrı idi - ayrı təəssürat, ayrı anlar
Sözsüz, həmin saniyələri yanımda olanlar anlar
Yanımda olanlar demişkən, haradasız uşaqlar?
Rep hava limanında sərnişinsiz bizim uçaqlar
Aramızda yad ölkədə olan var, ailə quran var
Vaxtikən başını daz edib “Anbar”ı uyduranlar
Ailə qurub yad ölkədə olanlardan biri özüməm
Həyat badalağına orta barmaq göstərib dözürəm
Əslində, o vaxtlar daha çətin idi indikinə nisbətdə
Lakin deyə bilərikmi dəyişiklik mənfi, ya müsbətdir?
Qismətdir, həyat səpələsə də əsas şərəf, ismətdir
Məsuliyyət artıb indi, bəzən mühit soyuq xislətli
Hiss etdirmir üzümüzdəki qırışları çərxi-fələk
Yazır gah sağ çiyindəki, gah sol çiyindəki mələk
Bələkdən kəfənə kimi öyrən, səhvlər dərsə çönür
Geriyə baxmayana da arxadan zərbə dəysə, çönür
Birimiz hərbi formada durub ölkənin keşiyində
Ki, yatsın övladlar asayişdə doğma beşiyində
Zabit mundirində, cibində son yazdığı rep-mətn
Hərbi hissədə silahlı xidmət, mülkidə rep və tin
İtirmək vaxtımız deyil, həyat bizi edir müdrik
Qazandıqlarımızı qoruyaq, artıq “otuzları” gedirik
Üzünüzü görməsəm aylarla, qarışsa da başım
Bilirəm haradasa var məni düşünən qardaşım
[Nəqərat: Uran]
Ey həyat, sənin burulğanın bizi atır uzağa
Xatirələr şirin, izləri dərin həmin uşağam
Sağlıq olsun, görüşüb bölüşərik, yaman darıxdım
Aradakı məsafələr boş şey
Bu replə sanki qayıtdım o günlərə!
Credits

About “Bu Replə Qayıtdım” by Uran

Read the complete lyrics to "Bu Replə Qayıtdım" by Uran in 2022. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijani Rap, Rap.

"Bu Replə Qayıtdım" is performed by Uran. in 2022 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Bu Replə Qayıtdım", explore more songs by Uran using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Uran · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Bu Replə Qayıtdım" is credited to Uran. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Bu Replə Qayıtdım" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Uran artist page at /artist/uran for biography, popular tracks, and links to more lyric pages.