Lyrks
Lyrks
Lyrks
Cover Art

Azərbaycan Rəqsləri Lyrics by Vüqar Əbdülov

2008

[Bənd]
Çox şadıq ki, belə bir gözəl gündə biz də varıq
Biri-birindən bundan da gözəl günlər arzularıq
Arifik, biz çalınan hər havaya oynamarıq
Səslənə indicə meydan havası, yerinə düşər
Bir köhnə Azərbaycan havası yerinə düşər
Dahilər var ki, gözəl musiqi dastanı yazır
Üzeyir həm “Sənsiz”i, həm “Sevgili Canan”ı yazır
“O Olmasın, Bu Olsun”, ”Arşın Mal Alan”ı yazır
Bu gün də məhz “Süleymani” havası yerinə düşər
Daha bir Azərbaycan havası yerinə düşər
Yaranandan bu təravətlıə qalıb “Heyvagülü”
Əli Kərimov qara zurna ilə çalıb “Heyvagülü”
Bəy və xan rəqsi deyirlər ki, olub “Heyvagülü”
İndi də, məncə, bu bəy, xan havası yerinə düşər
Oynaq bir Azərbaycan havası yerinə düşər
“Segah”ı qeyd elədik, indi deyək ”Şüştər”dən
Bəlkə bir “Uzundərə” xahiş edək sizlərdən
Bu “Uzundərə”yə “Məşədi İbad” da deyirlər hərdən
Bu qoca fəndi “Qocaman” havası yerinə düşər
Bu lirik Azərbaycan havası yerinə düşər
“İnnabı” qəşəng bir rəqsdir, sözləri yox idi
Onu Bülbül gözəl bayatıları ilə oxudu
Bəhruz da “İnnabı”ya gözəl çələnglər toxudu
Həmin o “Yastı Balaban” havası yerinə düşər
Bu həzin Azərbaycan havası yerinə düşər
Mən aşiq gözlərinə
Baxım gözlərinə
Mən aşiq gözlərinə
Baxım gözlərinə
Özüm özünə qurban
Gözüm gözlərinə
Özüm özünə qurban
Gözüm gözlərinə
Özüm özünə, özüm özünə
Özüm özünə qurban
Gözüm gözlərinə
Dedikcə yadıma düşür qəşəng İsi “Naz Eləmə”si
“Yüz bir”i, “Bəxtəvər”i, “Kalxoz”u, “Keçməmə”si
Kəndlinin ən sevilən, oynanılan “Tərəkəmə”si
Bir də Əşrəfin “Şüvəlan” havası yerinə düşər
Gürcüstan-Azərbaycan havası yerinə düşər
Çoxları bacarmaz ağır “Qoç Əli” oyanmağı
Ya gərək rəqqas ola, ya da Kubinka uşağı
Bir gözəl rəqs də var, adına deyirlər “Qazaxı”
O da bir qoçaq, növcavan havası yerinə düşər
Şıdırğı Azərbaycan havası yerinə düşər
Vokalist də oxudu brilliant kimi toysayağı
Saldı yaddaşımıza “Köhnə Bakı” oynamağı
Bir gözəl “Cığatayı”, bir də “Cahangirin papağ”ı
Bir də ki, gözəl “Xan Çoban” havası yerinə düşər
Bu ritmik Azərbaycan havası yerinə düşər
Bizim bu milli rəqslərdə bir məlahət var
Sanki bir saflıq var, sanki bir təravət var
Məsələn, “Mirzəyi”də incə bir lətafət var
Dinləsək indi toy-nişan havası yerinə düşər
Lətif bir Azərbaycan havası yerinə düşər
“Mirzəyi” çalındıqca, balaban fəryad qoparır
Adamı özü ilə bir sirli aləmə aparır
“Vağzalı” ilə toy başlayır, “Vağzalı” ilə qurtarır
Vüsala çatdıran hicran havası yerinə düşər
Bu şirin Azərbaycan havası yerinə düşər

About “Azərbaycan Rəqsləri” by Vüqar Əbdülov

Read the complete lyrics to "Azərbaycan Rəqsləri" by Vüqar Əbdülov in 2008. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Meykhana, Azerbaijan, Pop.

"Azərbaycan Rəqsləri" is performed by Vüqar Əbdülov. in 2008 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Azərbaycan Rəqsləri", explore more songs by Vüqar Əbdülov using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Vüqar Əbdülov · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Azərbaycan Rəqsləri" is credited to Vüqar Əbdülov. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Azərbaycan Rəqsləri" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Vüqar Əbdülov artist page at /artist/vuqar-bdulov for biography, popular tracks, and links to more lyric pages.