Lyrks
Lyrks
Lyrks
Cover Art

Bağlı Qapı (2024 Versiya) Lyrics by Ədalət Şükürov

2024

[Giriş: Ədalət Şükürov]
Qapı bağlı qalıb…
[Bənd 1: Vüqar Əbdülov]
Bağlanıb eşqin qapısı üzümüzə
Hey dolur həsrət yağışı gözümüzə
Çəkdiyimiz ahdır əsən küləklər
Əsdi xəzan, soldu açan çiçəklər
Səadətə yoxdur inam zərrəcə
Həsrət ilə ömür edirik sadəcə
Bağlıdır eşqin qapısı üzümüzə
[Nəqərat: Ədalət Şükürov]
Axtarır məni külək
Yalvarır sərin yağış
Axtarır coşqun ürək
Yalvarır, barış, barış
Axtarır məni külək
Yalvarır sərin yağış
[Keçid: Ədalət Şükürov]
Dostum deyir: “qayıt”…
[Bənd 2: Vüqar Əbdülov]
Bir-birini sevmək idi şərtimiz
Nə bilərdik, həsrət olar dərdimiz?
Sanırdıq, yaxındır vüsal dəmləri
Gözləmədən həsrəti, dərd, qəmləri
Biz çox acı həsrət ilə görüşdük
Amansız fələyin felinə düşdük
Bağlıdır eşqin qapısı üzümüzə
[Nəqərat: Ədalət Şükürov]
Axtarır məni külək
Yalvarır sərin yağış
Axtarır coşqun ürək
Yalvarır, barış, barış
Axtarır məni külək
Yalvarır sərin yağış
[Keçid: Ədalət Şükürov]
Anam küsüb məndən...
[Bənd 3: Vüqar Əbdülov]
Həyat fani, ömür qısa, eşq yalan
Əcəl amansızdır, verməyir aman
Əgər məhəbbətlə sevirsə ürək
Hicranı yaxın buraxmamaq gərək
Biz o qədər bivəfa insanlarıq
Acı həsrəti dadanda anlarıq
Bağlıdır eşqin qapısı üzümüzə
[Nəqərat: Ədalət Şükürov]
Axtarır məni külək
Yalvarır sərin yağış
Axtarır coşqun ürək
Yalvarır, barış, barış
Axtarır məni külək
Yalvarır sərin yağış
[Keçid: Ədalət Şükürov]
Qapı bağlı qalıb...
[Bənd 4: Vüqar Əbdülov]
Düşünmədik, bir gün gələr ayrılıq
Bağrımızı deşər, dələr ayrılıq
Sevgi ilə aşıb-daşır qəlbimiz
Vüsal arzusuyla coşur qəlbimiz
Qalmayıbdır dözüm ayrılığımıza
Səbəb budur bizim ayrılığımıza
Bağlıdır eşqin qapısı üzümüzə
[Nəqərat: Ədalət Şükürov]
Axtarır məni külək
Yalvarır sərin yağış
Axtarır coşqun ürək
Yalvarır, barış, barış
Axtarır məni külək
Yalvarır sərin yağış
[Keçid: Ədalət Şükürov]
Dostum deyir: “qayıt”…
[Bənd 5: Vüqar Əbdülov]
Ülvidir bir-birinə olan sevgimiz
Yoxdur bizim saxta, yalan sevgimiz
Candan əzizdir bizə cananımız
Saxta deyil əhd ilə peymanımız
Həsrəti bir vaxt yaşadıq, indi isə
Vəslə yetirdi bizi bu hadisə
Açıldı eşqin qapısı üzümüzə
[Nəqərat: Ədalət Şükürov]
Axtarır məni külək
Yalvarır sərin yağış
Axtarır coşqun ürək
Yalvarır, barış, barış
Axtarır məni külək
Yalvarır sərin yağış
[Bənd 6: Vüqar Əbdülov]
Bu həm bizim Ədalətin qapısıdır
Həm də nakam məhəbbətin qapısıdır
Çox aşiqlər bağlı qapı dalında
Kərəm odda, Qeys Məcnun halında
İndi sən Ədalət ilə mən Vüqar
Həsrətin qapısına tapmışıq açar
Açılmış eşqin qapısı üzümüzə
[Nəqərat: Ədalət Şükürov]
Axtarır məni külək
Yalvarır sərin yağış
Axtarır coşqun ürək
Yalvarır, barış, barış
Axtarır məni külək
Yalvarır sərin yağış
Axtarır məni külək
Yalvarır sərin yağış
Axtarır coşqun ürək
Yalvarır, barış, barış
Axtarır məni külək
Yalvarır sərin yağış

About “Bağlı Qapı (2024 Versiya)” by Ədalət Şükürov

Read the complete lyrics to "Bağlı Qapı (2024 Versiya)" by Ədalət Şükürov in 2024. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijani Pop, Pop.

"Bağlı Qapı (2024 Versiya)" is performed by Ədalət Şükürov. in 2024 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Bağlı Qapı (2024 Versiya)", explore more songs by Ədalət Şükürov using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Ədalət Şükürov · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Bağlı Qapı (2024 Versiya)" is credited to Ədalət Şükürov. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Bağlı Qapı (2024 Versiya)" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Ədalət Şükürov artist page at /artist/dalt-sukurov for biography, popular tracks, and links to more lyric pages.