Lyrks
Lyrks
Lyrks
Cover Art

Keçi Lyrics by Ya Tosiba

Love Party

2017

[Hissə]
Ey camaat, biliniz, hiyləgər əyyarı mənəm
Lotuyam, bambılıyam, könlünüzün yarı mənəm
Mey mənəm, məsti mənəm, kaman mənəm, tarı mənəm
Müxtəsər, siz biliniz hiyləgər əyyarı mənəm
Bu bizim mürşüdümüz, bizsə onun qulpəçəsi
Mahimiz, xurşudumuz, bizsə onun növbətçisi
Hələ biz tək deyilik ki, vardır bizim kimiləri
(Dam-daram-daram-daram, dam-daram-daram-daram)
Bilmirəm, qüssə nədir, dərdi də qəmsiz yaşaram
Məclisə girən kimi çıltıq vurub oynaşaram
Yerdə Rüstəmbaz olub göydə məyallaq aşaram
(Dam-daram-daram-daram, dam-daram-daram-daram)
Yerdə Rüstəmbaz olub milçək kimi mən uçaram
Od saçar aləm, əgər ağzını bir dəfə açar
Qarğalar on ağacdan məni gördükdə uçar
(Dam-daram-daram-daram, dam-daram-daram-daram)
Mən əgər meydan edim, qəlbimdə qəmlər durular
O qədər güldürərəm, əlli bağırsaq qırılar
Ləhcəmin şuxluğundan yerdə qoduqlar vurular
Şir mənəm, pələng mənəm, bəbir xətakarı mənəm
Böylə nəql eyləyir o sahibi xoş təbi nəvan
Vardi bir padişahı - zalimi qəddarı cahan
Adı cüm-cüm, özü zalım, işi də fitnə-fəsad
Bir sayaq kişi ilə taxta çıxıb aldı bir ad
Məzluma rəhm eləməz, düstəngil idi
Bilin, insan qanı içməkdə o, çox kamil idi
Vardı şahın o zaman bir dənə qumral keçisi
Gəzdirərdi onu əl üstə neçə qul pəçəsi
Özü qaşqa, tükü məxmər, çulu atlasdan idi
Qoşa buynuzları çəmbər kimi almaz idi
Günlərin bir günü şah taxta çıxıb verdi qərar
Ki sabah tezdən hami etməlidir əzmi şikar
Üləmayu üzəyarı üdəv
Neçə əmmamali qurşağlı ədalı üdəva
Baş əyib cümləsi birdən onu təzim etdi
"Keçi də sizlər ilə getməlidir" - şah dedi
Sübh oldu, doğdu günəş, hamı ordu atlandı
Vurulub qoşa nağara hamı yola yollandı
Hərəsi bir tərəfi seyr etdi, etdi, etdi
Bütün ordu bu günü iynə yarım yol getdi
Keçi ceyran kimi dağda qaçır
Gah durur otlamağa, gah çəmənlikdə yatır
Nigaran bir dənə qurd gəldi onun mənzilinə
Neçə vaxtdandır bəri heç dəyməmiş ət dilinə
Yetişəntək keçini dişinə çəkib par etdi
Keçinin şövqü isə şah ürəyin yar etdi
Şah bir nərə çəkib dağlara səs saldı, aman
Hardasa gərək qurdu tutulub olsun əyan
Salaraq bir kisəyə gəzdiriniz bazarı
Qaparaq keçməsini götürüb vurun icbarı
Hansı darvazada ölsə, onu tez cərimələyün
Verməsə cəriməsini, çəkib çıxardın bəbəyün
Arayıb bir dənə qurd tapdılar o gün çöldən
Yazığı döydülər o qədər ki, düşdü dildən
Məşədi, kərbəlayı, tüccar, hacı, mollabaşı
Düşdülər qorxuya cür hamsının artdı təlaşı
Verdilər rüşvəti sərbazlara saysız dinar
Yıxılıb qapısında ölməyə qurd cəriməsi var
Neçə təqdiri-qəza öz işini işlətdi
Bir nəfər yoxsulu da bu dərd kiriftar etdi
Binəvanın evini darmadağun eylədilər
"Qurd ölübdür qapında cəriməsini ver" - dеdilər
Bu yazığın o cürə bircə keçisi var idi
Döşü südlü özü ceyran kimi hey vazlar idi
Sahibiylə kеçini çəkdilər şahın önünə
Dedilər - "şah sağ olsun! İndi daha əmrin nə?"
Şah əmr etdi ki, lazım deyil heç bir tədbir
Bunların hər ikisi bircə döyüşsünlər bir
İki buynuz keçirib bu yoxsulun kəlləsinə
Hamı əhsən dedi şahın bu cür hiyləsinə
Yıxılıb bir neçə sərbaz onu məhmizlədilər
Öz keçinlə duraraq üz-üzə toqquş dedilər
Ay keçi, toqquş görək, toqquş görək, toqquş görək
Gücünü biz də bilək, biz də görək, biz də görək
Əhli-məclis bilin əmmada durub
Əhli-məclis bilin əmmada durub
Əhli-məclis bilin əmmada durub
Əhli-məclis bilin əmmada durub
Sahibiylə dolanıb oldu üzbəüz birdən
İldırım sürətiylə qalxdı o saat yerdən
Qorxusundan kişi də tezcə yatırdı özünü
Keçinin buynuzu gur eylədi şahın gözünü
Bəli, hər kəs kasıba qazsa məzar, qazsa məzar
Bu, yəqin, işdir onun lap özünə qismət olar!
Credits

About “Keçi” by Ya Tosiba

Read the complete lyrics to "Keçi" by Ya Tosiba from the album "Love Party" in 2017. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Electronic, Country, Azerbaijan.

"Keçi" is performed by Ya Tosiba. from the album "Love Party" in 2017 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Keçi", explore more songs by Ya Tosiba using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Ya Tosiba · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Keçi" is credited to Ya Tosiba. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Keçi" appears on "Love Party" in 2017.

Visit the Ya Tosiba artist page at /artist/ya-tosiba for biography, popular tracks, and links to more lyric pages.