Lyrks
Lyrks
Lyrks
Cover Art

Hər Günah İz Buraxır Lyrics by Okaber

Başlıqsız Sətirlər

2011

[Bənd 1]
Müalicə dispanseri dəniz kənarında yerləşir
Körpə qışqırıqları, gülüşləri dalğalarla birləşir
Dünən buraxılan səhvlər - bu gün şiddətli fəsadlar
İncə səsli fəryadlar, amma ən dəhşətlisi
Ünsiyyətsiz məhkum körpə gözləri
O, Günəş görmək istəyir
Həyat ona qaranlıq kölgə göstərir
Ruhu təmiz, vücudu natəmiz, həkimlər aciz
Qəzəblənir dəniz, niyə o günahsız gözlər çarəsiz?
Niyə nizamsız ləkə, iz buraxıb dumanlı xatirə?
Cəmi iki yaşı var, amma hər an dayanar zaman, saat
Onun üçün həyat anasının buraxdığı səhvdə bitdi
Əllər zərif, nəfəs xəfif, bədən zəif tərəfdə itdi
Getdi, ruhu cənnət axtarışında tapacaq, əgər varsa
Ölüm durarsa, onun zəif ürəyi bir daha vurarsa
Deməli, insaf var, mərhəmət yerin tutar
Heyif, qəddar olan rəftar nədənsə ürək unudar
[Nəqərat]
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
[Bənd 2]
Qayıdaq üç il əvvələ: universitet həyatı, tələbələr
Hər şey gözəl, sevinc dolu, uğurlar, qələbələr
Zirvəyə mərtəbələr, amma bir qızın arzuları boş
Qulağa xoş gəlməyən duyğuları boş, qorxuları boş
Sözüm məğzi - onun əxlaqsız həyat tərzi vulqar
Hər gün bar, ‘’disco’’, klublar, gecələr bulvar
Hətta narkotik, ‘’LSD, sex’’, iyrənc öpüşlər
Onun üçün yad olub sevgi, pak hisslər, gənc görüşlər
Sərxoş gülüşlər, hər gecə yataqlarda ehtiras
Özünə xas olan obrazda olmazdı həyata xilas
Nə çox, nə az, düz 3 il, heç bir şey oldu toz
İmmun çatışmazlığı, spid, həkimin qoyduğu diaqnoz
Həyat necə də boz, 9 aydan sonra daha da bozdur
Doğulacaq körpəsi pozulmuş həyatı bir anda pozdu
Və dünən buraxılan səhvlər bu gün ağır nəticə
Körpə doğuldu, ona qayğı əvəzinə işgəncə
[Nəqərat]
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
Credits

About “Hər Günah İz Buraxır” by Okaber

Read the complete lyrics to "Hər Günah İz Buraxır" by Okaber from the album "Başlıqsız Sətirlər" in 2011. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijani Pop, Rap.

"Hər Günah İz Buraxır" is performed by Okaber. from the album "Başlıqsız Sətirlər" in 2011 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Hər Günah İz Buraxır", explore more songs by Okaber using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Okaber · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Hər Günah İz Buraxır" is credited to Okaber. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Hər Günah İz Buraxır" appears on "Başlıqsız Sətirlər" in 2011.

Visit the Okaber artist page at /artist/okaber for biography, popular tracks, and links to more lyric pages.