Lyrks
Lyrks
Lyrks
Cover Art

Mərasim (From ”Naxox”) Lyrics by Okaber

2017

[Bənd 1]
Həyatı cənnət sayanlara ölüm cəhənnəmdir
Ölüm “fast-food”, xərçəng, ya da sətəlcəmdir
Ölüm, ulduz xəstəliyi və ya plastik əməliyyatdır
Həyat 37, renessans, ya da klassik ədəbiyyatdır
Bura lövbəri salanlar üçün növbədir
Mənim üçün kişi kimi söz vermək elə tövbədir
Kimsə gedir şəxsiyyət olur, kim isə gəlir, olur
Dəli-dolu həyatınızın içində dəli dolu
[Bənd 2]
Karabin kimi!
Qafiyələr ruha toxuna, ya da vura cin kimi
Zirzəmidən yol axtarıram qaranlıq otaqlara
Nağılları kabus elədim qırmızı papaqlara
Saman altından yeriyən həmin suyu kəs
Ölüm intihar ola bilər, ya da sui-qəsd
Deyilərsə, içmə, deyil bu badə rəva
Geyinərsən nə badə, vəbadan əba
Mərhəba! Ətrafa səs yayıldı
Məclisdə Xaç atası, sən, bir də Əzrayıldır
Daimi əzablar içində vətən xaini
Xarabada diz çöküb oxuyar sonuncu ayini
[Bənd 3]
Ciyərlərinə tüstü dolar
Qadının kişidən yalnız əxlaqı üstün olar
Okaberin mətni cinayət, sətri qandır
Sarkazm, kinayə və ya qətliamdır
Mənə gələn hər fikir
Təbimdən düzülər mətnlərə qəlbimdən
Süzülər sətirlərə (gətir mənə)
Ən odlu silahı gətir mənə
Cümlələr mərmidir, elə bil ətraf dərmə-deşik
Sözlərimə qulaq as, Adəm, almanı dərmə, eşit!
6 nəfər 70-lərdən şahiddir hərinə 5-i
Kəlmə eşir beyinləri, Karabin zərbə deşir
Laxladı qəlpələrim, rəqiblərim “knockout”da
Tanıyan bilir məni “MadHouse”dan, “Rap Out”dan
Vuraraq son akkordları, ölümün gözünə baxın
İnsan ölümə yaxın olanda ruhu önünə axır
Credits

About “Mərasim (From ”Naxox”)” by Okaber

Read the complete lyrics to "Mərasim (From ”Naxox”)" by Okaber in 2017. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijan, Soundtrack, Rap.

"Mərasim (From ”Naxox”)" is performed by Okaber. in 2017 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Mərasim (From ”Naxox”)", explore more songs by Okaber using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Okaber · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Mərasim (From ”Naxox”)" is credited to Okaber. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Mərasim (From ”Naxox”)" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Okaber artist page at /artist/okaber for biography, popular tracks, and links to more lyric pages.