Lyrks
Lyrks
Sign In
Cover Art

Get Lyrics by Uran

M.i.F.

0

[Giriş]
Hm yeah
Get

[Bənd 1]
Çalışıram tutum axarı
Aşağıdan birbaşa üzüyuxarı
Harada diribaş olan baş çıxarır
İşləyib nəyi var, axıdıb tər, buxarı

Deyirlər “get!...”
”Cahanda bir yer az ola bilər sənə.”
”Get!...”
”Bu tərəflərdə sevmirlər beləsini.”

Elə bil otaq hara qaranlıq
Qəfil işıq yanıb sönür belə bir anlıq
Bu məqadma beyin olur ala-toranlıq
Nə İbrahimlik, nə də ki, Uranlıq…

Deyirlər “get!...”
”Uzağın adı ilə, sən uzağın ardı ilə”
”Get!...”
Mən bitdim artıq…

[Nəqərat]
Yazılar yazıların ardından
Mən azıram
Oynamalısan həyatın nazı ilə
Ən azından get…
Getsən iz saxla, iz üstündə göz saxla!
Get!...
Körpüyə od vurma, yanında köz saxla!

[Bənd 2]
Uğurun alqışı çoxdur həmişə
Həyatın sərt qışı - bəzən bəxt quşu
Bəzən səhv qoşur və dönür qəmişə
Nə istəmişəm və nəyə gəlmişəm

Üzünü çöndər, sükanı döndər
Qazı sıx öndə, kəməri boş!
Hamını göndər. Guya ki, öndər
Nə halda, gündə. Təhəri xoş

Hekayə təkrarı gələr
Neçə küçə, neçə seçim, necə döngələr?
Nəçi olsam nə olardı? Acı səhnələr
Acı məhv edər şirini səhifədə mənim səhvimdən

Mən isə oturub bəhanələr uydururdum
Pis vururdum - guya ki, dərdimdən
Hər şeyi verib boşa
Mən getdim artıq…

[Nəqərat]
Yazılar yazıların ardından
Mən azıram
Oynamalısan həyatın nazı ilə
Ən azından get…
”Burada nə tapdın, nə varsa orda var!”
Get!..
”Yaşamaq uzaqda, vətən isə gorda var!”

[Bənd 3]
Bir gün eşitməyib dilimi
Bir gün görməyib tanıdığım birini
Bir gün çəkərək aclıq qayğıdan
Bir gün öyrəndim susmağı ağrıdan

Bir gün anladım susmaqdır ağrıdan
Bir gün o oldu dünyamı dağıdan
Bir gün xəyanət soyuğu əsəndə
Bir gün duydum mən sevgimi, doğrudan

Bil ki, daha çoxuna qadirsən
Bəzən bəxt, bəzən əzm, bəzən hadisə
Bu deyir ”əsas dolu olsun pul kisən”!
O deyir ”əsas bu həyatda ol kimsə”!

Uşaqlıqdan eşitdiyim tövsiyə
Necə insanlar qul olurlar nəfsinə
Bildikləri böyüyəndə dönür tərsinə…
Zibil…mən bezdim artıq!

[Nəqərat]
Yazılar yazıların ardından
Mən azıram
Oynamalısan həyatın nazı ilə
Ən azından get…
Uçurum kənarında dayanmağa yox lüzum!
Yox lüzum
Get!...
Bacarığın qədər, bacardığın üsul!
Hə!

Yazılar yazıların ardından
Mən azıram
Oynamalısan həyatın nazı ilə
Ən azından get…
Hər şey tapılır bircə zamandan başqa!
Get!...
Hər şeyi sıfırla və əvvəlcədən başla!
Credits

About “Get” by Uran

Read the complete lyrics to "Get" by Uran from the album "M.i.F.". On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijani Rap, Rap.

"Get" is performed by Uran. from the album "M.i.F." This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Get", explore more songs by Uran using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Uran · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Get" is credited to Uran. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Get" appears on "M.i.F.".

Visit the Uran artist page at /artist/uran for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.