Lyrks
Lyrks
Lyrks
Cover Art

Vəd Eləmə Lyrics by Vüqar Əbdülov

2024

[Bənd 1]
Mən sənə ömrümü bəxş eyləmişəm
Sənsə ancaq mənə boş-boş sözlər
Sən mənə: ‘’Səbr elə, çox gözlə’’- dedin
Güman etdin ki, bir ömür gözlə
Mənə hər dəfə yalanlar demisən
Bəs deyirsən ki, məndə suç yoxdur
Sən cavan ömrümü gün-gün yemisən
Nə deyirsən, günahım heç yoxdur?
Mənə hər dəfə yalanlar demisən
Bəs deyirsən ki, məndə suç yoxdur
Sən cavan ömrümü gün-gün yemisən
Nə deyirsən, günahım heç yoxdur?
[Nəqərat]
İncitmə Tanrı yaratdıqlarını
Nə də boş-boşuna hüzur vəd eləmə
İndi qaytar geri aldıqlarını
Mənə bir başqa ömür vəd eləmə
İncitmə Tanrı yaratdıqlarını
Nə də boş-boşuna hüzur vəd eləmə
İndi qaytar geri aldıqlarını
Mənə bir başqa ömür vəd eləmə
[Bənd 2]
Aramızda olan hər şey qurtarır
İstəməzdim, uzun illər itirim
Qapqara saçlarım artıq ağarıb
Biri də qalmadı şahid gətirim
Nə səbr qaldı, nə əvvəlki inam
Əməlinlə məni peşman elədin
Ey mənim qəlbimə girmiş yad adam
Ürəyimlə məni düşmən elədin
Nə səbr qaldı, nə əvvəlki inam
Əməlinlə məni peşman elədin
Ey mənim qəlbimə girmiş yad adam
Ürəyimlə məni düşmən elədin
[Nəqərat]
İncitmə Tanrı yaratdıqlarını
Nə də boş-boşuna hüzur vəd eləmə
İndi qaytar geri aldıqlarını
Mənə bir başqa ömür vəd eləmə
İncitmə Tanrı yaratdıqlarını
Nə də boş-boşuna hüzur vəd eləmə
İndi qaytar geri aldıqlarını
Mənə bir başqa ömür vəd eləmə
[Bənd 3]
Gecələr fikrin ilə yatdım əgər
Hər səhər yadıma tezdən düşdün
Sənin bir ciddi sözün yoxdur məgər?
Beləcə hər dəfə gözdən düşdün
Var idin, heç kimə baxmazdı gözüm
Cəmisi bir dəfə gəldin, getdin
Məni eşqinlə qocaltdın, əzizim
Can Vüqar yazıq, üzüldün, getdin
Var idin, heç kimə baxmazdı gözüm
Cəmisi bir dəfə gəldin, getdin
Məni еşqinlə qocaltdın, əzizim
Can Vüqar yazıq, üzüldün, getdin
[Nəqərat]
İncitmə Tanrı yaratdıqlarını
Nə də boş-boşuna hüzur vəd eləmə
İndi qaytar geri aldıqlarını
Mənə bir başqa ömür vəd еləmə
İncitmə Tanrı yaratdıqlarını
Nə də boş-boşuna hüzur vəd eləmə
İndi qaytar geri aldıqlarını
Mənə bir başqa ömür vəd eləmə
Gəl mənə başqa ömür vəd eləmə

About “Vəd Eləmə” by Vüqar Əbdülov

Read the complete lyrics to "Vəd Eləmə" by Vüqar Əbdülov in 2024. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Azerbaijani Pop, Pop.

"Vəd Eləmə" is performed by Vüqar Əbdülov. in 2024 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Vəd Eləmə", explore more songs by Vüqar Əbdülov using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Vüqar Əbdülov · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Vəd Eləmə" is credited to Vüqar Əbdülov. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Vəd Eləmə" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Vüqar Əbdülov artist page at /artist/vuqar-bdulov for biography, popular tracks, and links to more lyric pages.