Lyrks
Lyrks
Lyrks
Cover Art

Xoş Gəlmisən Ey Dost Lyrics by Vüqar Əbdülov

0

Allah yaradıb gözləri, baxsın nəzər etsin
Pisdən ayırıb yaxşını, qəlbə əsər etsin
Pis kəslərə baxma, niyə qəlbin həzər etsin
Boğsun acı hisslər səni vicdan şəkilində
Cəm olsun, o vicdan gözünə qan şəkilində
Xoş gəlmisən ey dost, gözüm üstündə yerin var
Bilsən nə gözəllikdə, göz oxşar şəhərim var
Çoxdandır çıxıbsan Bakıdan, heç xəbərin var?
Paytaxımız olub cənnəti-rizvan şəkilində
İllah gecələr çilli-çirağban şəkilində
Bakının meri respublikada ad eləyibdir
Xeyli kasıba-yoxsula imdad eləyibdir
Sən gördüyün asfaltları abad eləyibdir
Şəhəri eləyib gör necə səhman şəkilində
Ətraflar olub park və xiyaban şəkilində
Vardır ara bir, bax belə yolnan düzülənlər
Pokrışka qaraldanlar ilə ayna silənlər
Pul toplamağı yoldan dilənməkdə bilənlər
Tökülüb bu svetaforlara karvan şəkilində
Qəttində əyib zırrama qəlyan şəkilində
Dostum, bu qədər marşrut olmazdı əzəllər
Bunlar o qədər çoxdur ki, bir-birini əzərlər
Bir yerdə ilantək şütüyür bəzi qazellər
İnsan daşıyırlar amma heyvan şəkilində
Qiymət də yazıblar, vurublar elan şəkilində
Sürdüm görəsən ki, hələ mərkəzdə nələr var
Düzdür, Bakıda xeyli gözəl mənzərələr var
Gəl mənzərə altında göyçək gədələr var
Hey var gəlibdir, gözləri mərcan şəkilində
Bir quyruğu yoxdur, ola ceyran şəkilində
Gəl seyr elə dostum, gecələr bulvarı gəz bir
Görsün o göz Məcnunları, Leylaları neynir
Fərgah bunlara eşq eləyibsə belə təsir
Nə üçün çəkiliblər kola dovşan şəkilində
Arsızlıq edirlər belə üryan şəkilində
Sən saxla ay Allah, nə olur gəcə barda
Bir dambadurub var, eşidər lap onu kar da
Bir oğlan, iki qız oturub azca kənarda
Qızlar sümürür papirosu oğlan şəkilində
Oğlan da ki, maşallah, lap aslan şəkilində
Amma nə gözəl ki, abır-qismət də qalıbdır
Ağsaqqala, ağbirçəyə hörmət də qalıbdır
Əvvəldən olan bir gözəl adət də qalıbdır
Biz qarşılarıq mehmanı mehman şəkilində
Heyvan kəsərik şəninə qurban şəkilində

About “Xoş Gəlmisən Ey Dost” by Vüqar Əbdülov

Read the complete lyrics to "Xoş Gəlmisən Ey Dost" by Vüqar Əbdülov. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap, Azerbaijan, Meykhana.

"Xoş Gəlmisən Ey Dost" is performed by Vüqar Əbdülov. This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Xoş Gəlmisən Ey Dost", explore more songs by Vüqar Əbdülov using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Vüqar Əbdülov · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Xoş Gəlmisən Ey Dost" is credited to Vüqar Əbdülov. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Xoş Gəlmisən Ey Dost" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Vüqar Əbdülov artist page at /artist/vuqar-bdulov for biography, popular tracks, and links to more lyric pages.